Ana səhifəSeçilmişlərə əlavə etBizə yazın
Azəbaycan dilində Türkce
 
 
  •                

MENYU

Xəbərlər
Litsey haqqında
Müdirdən
Müdiriyyət
Kollektivimiz
Nailiyyətlər
Dərs cədvəli
Fərqlənənlər
Göstəricilər
Məzunlar birliyi
Litsey müdirlərimiz
Xaricdə təhsil almış məzunlarımız
Foto albom
Arxiv

Əlaqə
 

fOTO ALBOM

 
 
 
 
 
 
 
 

 

AXTARIŞ SİSTEMİ

PREZİDENT TƏQAÜDÇÜLƏRİMİZ

FAYDALI LİNKLƏR

Təhsil Nazirliyi
Diyanət Vəqfi
ÖSYM
TQDK
Azərbaycan müəllimi
Ali məktəblər
Abituriyent jurnalı
H.Əliyev Kitabxanası
Atatürk Araşdırma Məkrəzi
 
 

«BIZ ƏN ZƏKALILARINI SEÇIRIK»
10.08.2010 

 
 

Kadir Bektaşoğlu: «Müəllimlər şagirdlərin savadlı olması üçün inanılmaz fədakarlıq edirlər»

Son illər Azərbaycanın təhsil sistemində bir sıra yeniliklər tətbiq olunsa da, hələ ki, bu sahədə istədiyimiz naliyyəti əldə edə bilməmişik. Heç kəsə sirr deyil ki, bu gün orta məktəbi bitirən məzunun repetitor hazırlığı görmədən, orta məktəbdə ona verilən biliklə ali məktəbə daxil olması müşkül məsələdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatları da təsdiqləyir ki, yüksək nəticə göstərərək ali məktəblərə qəbul olanların çoxu lisey və xüsusi təhsil müəssisələrinin məzunlarıdır. Budəfəki qəbul imtahanları da istisna olmadı. Nəticə göstərdi ki, bu il ali məktəbə qəbul olanların mütləq əksəriyyəti liseylərin yetirmələridir. İmtahanlarda maksimal nəticə göstərərək 700 bal toplayan 7 rekordçudan ikisi, Nəriman İsmixan oğlu Məmmədli və Aydan Aydın qızı Həsənova da orta təhsili liseydə alıblar. Türkiyə Dəyanət Vəqfinin Bakı Türk Liseyində. Bu il bu liseyi bitirən 64 məzunun hər biri ali məktəbə daxil olub. İki məzunu ən yüksək nəticə göstərərək 700 bal toplayan bu təhsil müəssisəsinin uğur reseptini bizə elə liseyin müdiri Kadir Bektaşoğlu açdı.

- Kadir müəllim, rəhbərlik etdiyiniz liseyin məzunları bu günlərdə daha bir uğura imza ataraq ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərdilər. Sizcə bu uğurun səbəbini nədə axtarmaq lazımdır? Liseydə istedadlı uşaqların təhsil almasında, yoxsa onlara verilən təhsilin keyfiyyətində?

- Əlbəttə danmaq olmaz ki, biz şagirdləri məktəbimizə seçərək götürürük. Hər il bizim məktəbimizdə oxumaq üçün 1200-ə yaxın şagird imtahan verir. Biz onlardan ancaq 100-104 nəfərini götürə bilirik. Hansı ki, onlar imtahan verən uşaqların içərisində ən zəkalılarıdır. Amma eyni zamanda, məktəbimizdə dərs keçən müəllimlər də savadları ilə seçilən müəllimlərdir. Mən deyərdim ki, hər ikisinin rolu var. Amma əsas səbəb fədakarlıqdır. Bizə bu uğuru qazandıran müəllimlərin və şagirdlərin fədakarlığıdır.

- Liseydə tətbiq edilən təhsil sistemi digər orta məktəblərdə və liseylərdə verilən təhsil sistemindən nə ilə fərqlənir?

- Bizdə də dərslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin hər il təsdiq etdiyi proqram əsasında keçirilir. Yəni digər orta məktəb və liseylərdə olduğu kimi, bütün dərsliklər Azərbaycan Respublikasının orta məktəblərində keçirilən dərsliklərdir. Tədris dili də Azərbaycan dilidir. Yalnız şagirdlərə əlavə olaraq türk dili, ilahiyyat və mənəviyyat dərsləri keçirilir. Bu da onların vətəninə, xalqına layiqli şəxsiyət kimi formalaşmasına xidmət edir. Bizim liseyin digər orta təhsil müəssisələrindən ən böyük fərqi burada fədakar müəllimlərin çalışmasıdır. Hansı ki, həmin müəllimlər keçdikləri dərsləri şagirdlərin mənimsəməsi üçün inanılmaz fədakarlıq göstərirlər.

- Liseyiniz dünyəvi təhsil sistemini tətbiq edir. Bu sistemin özəlliyi və üstünlüyü nədədir?

- Öncə qeyd edim ki, dünyəvi təhsil sistemi dedikdə şagirdi istedadı olan və seçdiyi istiqamətə hazırlamaq başa düşülür. Dünyəvi təhsil sisteminə görə, şagirdin hansı sahəyə marağı və biliyi varsa, o istiqamət də əsas götürülür. Humanitar yaxud dəqiq fənlər üzrə şagirdə baza hazırlanır. Bu da öz nəticəsini verir. Şagird hansı fənlər üzrə xüsusi hazırlaşdırılırsa, seçdiyi qrupa uyğun yüksək nəticə göstərir.

- Mərkəzləşdirilmiş imtahan qaydalarına görə, şagird attestat almaq üçün bütün fənlərdən sualları cavablandırmalıdır. Əgər seçəcəyi qrupdakı fənlərə uyğun hazırlaşırsa, orta məktəbdə digər fənlərdən imtahan suallarını necə cavablandırır?

- Doğrudur. Amma sizi inandırım ki, Təhsil Nazirliyinin məlumatına görə, mərkəzləşdirilmiş imtahanlarda da bizim liseyimizin şagirdləri yüksək nəticə göstərirlər. Çünki onlar yüzlərlə uşağın içərisindən seçilənlərdir.

- Lisey məzunlarının savadlı yetişməsində müəllimlərin inanılmaz fədakarlıq göstərdiyini söylədiniz. Burada çalışan müəllim hansı tələblərə cavab verməlidir? Ümumiyyətlə, müəllimlərin işə qəbulu hansı qaydada aparılır?

- Biz liseyimizə savadlı müəllimləri işə götürürük. Bu əsas şərtdir. İşə qəbulla bağlı müsabiqə elan olunduqda istənilən müəllim öz cV-sini təqdim edə bilər. İmtahan zamanı verilən sualları cavablandıran şəxs liseydə işə girmək üçün real namizəddir. Amma biz həmçinin, pedoqoji təcrübəni və hazırlığı da əsas götürürük. Liseydə çalışan müəllim savadlı olmaqla yanaşı, şagirdlərlə ünsiyyət qurmağı da bacarmalıdır. Dərsini sevdirə bilməyən müəllim, hətta ən savadlı olsa, belə bizim liseyimizdə çalışa bilmir.

- Müəllimlərdən söz düşmüşkən, deyirlər lisey məzunlarının qəbul imtahanlarında yüksək nəticəyə imza atmasının bir səbəbi də burada çalışan müəllimlərin test suallarının hazırlanmasında iştirak etməsi ilə bağlıdır.

- Qəti şəkildə deyə bilərəm ki, yox. Burada çalışan 104 müəllimdən test suallarının hazırlanmasında cəmi dörd müəllim iştirak edir. Test bankındakı sualların müəyyənləşməsində, bunkerdə isə bizdə çalışan müəllimlərdən heç biri iştirak etmir. Amma bu cür söz-söhbətlərin dolaşmasını da normal sayıram. Çünki doğrudan da, bir liseydən məzunların hər birinin ali məktəbə daxil olması inanılmazdır. Bu il 64 məzunun hər biri ali məktəbə daxil olub. İmtahana girən məzunlarımızdan 29 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu 48 faiz deməkdir. Çox böyük rəqəmdir. Amma bizim fəlsəfəmizdə sevinmək ən uzağı 24 saat çəkir. Növbəti il üçün hazırlaşırıq. Ona görə də, hər il belə uğurlara nail oluruq.

- Lisey məzunlarının belə uğuru bu təhsil müəssisəsinə marağı da artırıb...

- Əlbəttə, Bakı Türk Liseyinə maraq günü-gündən artır. Valideynlər çalışırlar ki, hər bir çətinliyə rəğmən övladları bizim liseydə təhsil alsınlar. Sizi inandırım ki, Sumqayıtdan, Hövsandan uşağını bizim liseyə oxumağa gətirənlər var. Əgər valideyn hər gün səhər saat 08:30-da uzaq məsafədən uşağını təhsil almaq üçün bu liseyə gətirirsə, deməli buradakı təhsilin keyfiyyətinə, əməyinin boşa getməyəcəyinə inamı var. Amma bayaq qeyd etdiyim kimi, liseyə şagirdlərin qəbulu imtahanla aparılır. Biz ən zəkalılarını seçirik. 5-ci sinifdən 11-ci sinifə qədər təmənnasız, yəni pulsuz verdiyimiz təhsilin qarşılığında onlardan tək umduğumuz yaxşı oxumalarıdır. Çünki Bakı Türk Liseyində təhsil pulsuzdur və liseyin bütün maddi xərclərini (müəllim və işçi maaşları, təmir işləri, vergi, yeməkxana, təhsil haqları, cari xərclər) Türkiyə Diyanət Vəqfi təmin edir. 1994-cü ildən fəaliyyət göstərən liseydə bu gün 718 şagirdə 102 müəllim dərs keçir. Liseyin saxlanılması üçün Vəqf illik 1 milyon dollara yaxın vəsait ayırır. Buna görə xeyirxah insanlara təşəkkür edirəm.

- Kadir müəllim, digər məktəblərin də belə uğur qazanmaları üçün onlara nə tövsiyə edərdiniz?

- Digər məktəblərə tövsiyə edirəm ki, şəxsiyyətlərin yetişməsi üçün dayanmadan çalışsınlar. Məktəbdə hamı «hər şey Azərbaycan üçün» şüarı altında çalışmalıdır. Tək hədəfləri Azərbaycan üçün şəxsiyyət, nümunə insan yetişdirmək, vaxtlarını bu işə sərf etmək olmalıdır. Bu yolda fədakarlıq göstərsələr, belə uğurlara imza ata bilərlər.

Müəllif: Zülfiyyə QULİYEVA

 
Başa qalx Başa qalx