Ana səhifəSeçilmişlərə əlavə etBizə yazın
Azəbaycan dilində Türkce
 
 
  •                

MENYU

Xəbərlər
Litsey haqqında
Müdirdən
Müdiriyyət
Kollektivimiz
Nailiyyətlər
Dərs cədvəli
Fərqlənənlər
Göstəricilər
Məzunlar birliyi
Litsey müdirlərimiz
Xaricdə təhsil almış məzunlarımız
Foto albom
Arxiv

Əlaqə
 

fOTO ALBOM

 
 
 
 
 
 
 
 

 

AXTARIŞ SİSTEMİ

PREZİDENT TƏQAÜDÇÜLƏRİMİZ

FAYDALI LİNKLƏR

Təhsil Nazirliyi
Diyanət Vəqfi
ÖSYM
TQDK
Azərbaycan müəllimi
Ali məktəblər
Abituriyent jurnalı
H.Əliyev Kitabxanası
Atatürk Araşdırma Məkrəzi
 
 

UĞURA APARAN YOLUN TƏK GƏRÇƏKLİYİ – OXUMAQDIR
23.07.2010 

 
 

Aydan Həsənova: “Ən böyük arzum cərrah olub xalqıma layiqli xidmət göstərməkdir”

Məlum olduğu kimi, ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanında üç abituriyent yüksək nətiçə göstərib. Onlardan biri Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Aydan Həsənovadır. O iyulun 17-də IV ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanında 700 bal toplayaraq ölkə birincisi olub. Sual kitabçasındakı 125 sualın hamısını düzgün cavablandıran Aydanı redaksiyamıza dəvət edib uğuru ilə bağlı söhbətləşdik.

Onu təbrik edib, bu uğuru neçə qazandığını soruşduq?

- Mən 5-ci sinifdən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində oxuyuram. Bu cür yüksək göstəriciyə nail olmaqda müəllimlərinin əməyini danılmazdır. İmtahanda yüksək bilik nümayiş etdirərək uğur qazanacağıma əmin idim. Sevinirəm ki, həm valideynimin, həm də müəllimlərimin etimadını doğrultdum. Müəllimlərimizin bizim üstümüzdə çox böyük əməyi var. Biz də onların əməyini uca tutduq. Mən müəllimlərimdən heç vaxt qorxmamışam, onlarla açıq olmuşaq, hər şeyim soruşmuşam, onlar da canla-başla başa salırdılar. Məktəbd müəllimlərim çox güclü olub. Yüksək nətiçə qazanmağımda bunun da rolu böyükdür. Müəllimlərimiz çox səmimi idilər.

- Bu gün Tibb Universitetinin tələbəsi, gələcəyin həkimisən. Uşaqlıqdan həkim olmaq arzusunda olmusan?

- Mən əvvəllər bütün fənləri oxuyurdum. Amma 8-ci sinifdən biologiya və anatomiya fənninə daha çox marağım artmağa başladı. Uşaqlıqda heç həkim olmaq istəmirdim. Nə olur-olsun, amma həkim və ya müəllim olmaq istəmirdim. Amma sonra müəllimlərimin təkidi və biologiya fənninə marağım nətiçəsində qərara gəldim ki, həkim olum. Bi istək məndə gözlənilməz yarandı.

Bu uğura aparan yolda sənə ən çox kim dəstək oldu?

- Sinif uğaqlarımız məni çox dəstəkləyirdilər. Hamı deyirdi ki, sən 700 bal toplayacaqsan. Amma mən inanmırdım. Sınaqlarda da həmişə 650-670 arası bal toplayırdım. Ona görə həmişə özümə tam inana bilmirdim. Hamı mənə deyirdi ki, yəqin özünü saxlamısan imtahana ki, imtahanda 700 bal yığasan. Əlbəttə mənə dəstək olanlar içində valideynlərim də var. Anam məndən daha çox həyacanlı idi. Cavabların tez açıqlanmasını səbirsizliklə gözləyirdi.

- İmtahan neçə keçdi?

- İmtaha normal keçdi. Əvvəlcə həyacanlandım. Kitabçanı açanda o dəqiqə suallara baxdım. Sevindim ki, bütün sualların cavabını bilirəm. İmtahan vaxtı suallar mənə çətin gəlmirdi. Ümumilikdə TQDK keçirdiyi imtahanlardan razıyam. Ən çox da mərkəzləşmiş imtahanlardan razıyam. Amma istəyərdim ki, 8 fənn olsun ki, bütün uşaqlar fənləri oxusunlar. İmtahanda nəzarət çox xoşuma gəldi. Hər şeyə qaydasında nəzarət olunurdu. Uşaqların da demək olar ki, hamısı başını aşağı salıb işlərini görürdü.

- Gələcək arzuların?

- İnstitutu bitirəndən sonra təhsilimin davamı olaraq xaricdə təhsil almaq istəyərdim. Arzum budur ki, Almaniyaya gedib, orda təhsilimi davam etdirim. Çünki burada pratika o qədər də güclü deyil. Amma qayıtmaq şərti ilə, həkimliyimi burada davam etdirəcəm. Ən böyük arzularımdan biri də cərrah olmaq və xalqıma layiqli xidmət göstərməkdir. Həmişə anam mənə deyirdi ki,  səndə bioenerji var. Başı ağrıyana əlimi vuran kimi ağrısı keçir. Ona görə də, anam uşaq vaxtı deyirdi ki, sən həkim ol. Lakin mən heç vaxt onun arzusunda olmamışam. Amma vaxt keçdikcə həkimlik arzusuna qapılmışam. Ümumiyyətlə, qandan qorxmuram. Amma televizorda əməliyyat kadrlarına baxanda özümü pis hiss edirəm. İnşallah bu qorxu məndən çıxar.

- 700 bal topladığını öncə kimdən eşitdin? Bunu neçə qarşıladın?

- İlk imtahan cavabını məktəbdə öyrəndim. Müəllimlərim cavablarımı yoxlayırdı. Mən də yeməkxanada oturmuşdum. Bir də gördüm ki, otaqdan qışqırtılar gəlir. Bütün uşaqlar üstümə tökülüşdü, hamısı məni təbrik etdi. Amma mən nəsə inana bilmirdim, sevinməmişdim. İnanmağım gəlmirdi. Bir anlıq tutulub qalmışdım.

- Boş vaxtlarında nəylə məşğul olurdun?

- Sosial şəbəkələrdən istifadə edirəm. Amma gündə 1- 2 saat. Çox vaxtı buna sərf etmirəm. İndi hamı internetdən istifadə edir. Bütün məlumatları oradan öyrənir. Amma mən bunun tərəfdarı deyiləm. Müəllim kimi heç kim heç nəyi başa sala bilməz. Mütaliə etməyi də sevirəm. İsmayıl Şıxlının, İlyas Əfəndiyevin kitablarını sevə-sevə oxuyuram. Ən çox sevdiyim yazıçı isə Anardır. Xarici ədəbiyyatdan Cek Londonun, Aqata Kristinin yazdığlarını çox bəyənirəm.

- Bizim universitetlərdə tədrisin keyfiyyətlərindən razısanmı?

- Tibb Universitetində keçirilən dərslər haqqında məlumatlıyam. Amma bizim universitetlərdə praktika o qədər də güclü deyil. Ona görə də praktikanı başqa ölkədə keçmək istəyirəm. 

- Gələcək abituriyentlərə tövsiyyən?

- Abituriyentlərə məsləhətim budur ki, çox oxusunlar. İmtahanda uğur əldə etmək hər bir abituriyentin arzusudur. Ancaq bu nailiyyət heç də asan qazanılmır. Yüksək nəticə əldə etmək üçün abituriyentlər qarşılarına məqsəd qoymalıdırlar. Öncə hər şeyi başdan başlamaq lazımdır, bünövrə düzgün olmalıdır. Oxumağa başlayanda ibtidai sinifdən başlamaq lazımdır. Sonradan hazırlığa getməklə bu, düzələsi deyil. Təkcə oxumaqla yox, dünyagörüşü də artırmaq lazımdır. Yeni-yeni tanışlıqlar, insanlarla ünsiyyət qursunlar. Özlərinə qapanmasınlar. Mən əvvəl özümə qapanmışdım. Sonradan bunun mənə ziyan olduğunu başa düşdüm.

Fəridə

 
Başa qalx Başa qalx