Ana səhifəSeçilmişlərə əlavə etBizə yazın
Azəbaycan dilində Türkce
 
 
  •                

MENYU

Xəbərlər
Litsey haqqında
Müdirdən
Müdiriyyət
Kollektivimiz
Nailiyyətlər
Dərs cədvəli
Fərqlənənlər
Göstəricilər
Məzunlar birliyi
Litsey müdirlərimiz
Xaricdə təhsil almış məzunlarımız
Foto albom

Əlaqə
 

fOTO ALBOM

 
 
 
 
 
 
 
 

 

AXTARIŞ SİSTEMİ

PREZİDENT TƏQAÜDÇÜLƏRİMİZ

FAYDALI LİNKLƏR

Təhsil Nazirliyi
Diyanət Vəqfi
ÖSYM
TQDK
Azərbaycan müəllimi
Ali məktəblər
Abituriyent jurnalı
H.Əliyev Kitabxanası
Atatürk Araşdırma Məkrəzi
 

2011-Cİ İL LİSEYİN QƏBUL İMTAHANLARININ NƏTİCƏLƏRİ

2011-Cİ İLİN LİSEYİN  QƏBUL İMTAHANIN SUALLARI (A variant)

2011-Cİ İLİN LİSEYİN  QƏBUL İMTAHANIN SUALLARI (B variant)

2011-Cİ İLİN LİSEYİN  QƏBUL İMTAHAN SUALLARININ CAVABLARI

2011-2012-Cİ TƏDRİS İLİ ÜÇÜN LİSEYE QƏBUL İMTAHANI

LİSEYLƏRİN MƏKTƏBLƏRİNİN GÖSTƏRİCİLƏRİ
(2
010-CU İLİN MƏZUNLARI
)
MƏZUNİYYƏT İLLƏRİNƏ GÖRƏ TƏLƏBƏ QƏBULUNUN NƏTİCƏLƏRİNİN ELMİ-STATİSTİK TƏHLİLLƏRİ TDV BAKI TÜRK LİSEYİNİN GÖSTƏRİCİLƏRİ

2011-CU İLİN LİSEYİN QƏBUL İMTAHANLARINDA YÜKSƏK BAL TOPLAYANLARIN  SİYAHISI

TÜRKİYƏNİN SƏFİRİ VƏ BDU-NUN REKTORU LİSEYİMİZİ ZİYARƏT ETDİ
TƏHSİL NAZİRİ LİTSEYİ ZİYARƏT ETDİ

   
  ..: LİSEY XƏBƏRLƏRİ :..
 

 

 

2011-Cİ TƏDRİS İLİNDƏ 600-DƏN ÇOX BAL TOPLAYAN MƏZUNLAR

 
 

HƏMRƏYLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ BAKI ŞƏHƏRİ ÜZRƏ BİLİK YARIŞININ NƏTİCƏLƏRİ

 

Uğur qazanan şagirdlərimizi təbrik edir  və daha böyük nəaliyyətlər arzulayırıq!

 
 
 

2011/2012 tədris ili

 

 
 

 
 

 
 


Siyahıya bax

 
 

2010/2011 tədris ili

 

2010-cu il məzunlarımızın universitetlərə qəbul nəticələri

 

 

2010-cu tədris ilində 600-dən çox bal toplayan məzunlarımız

 
 

 

TDV Bakı Türk Liseyinin 2 məzunu Nəriman Məmmədli I qrup və Aydan Həsənənova IV qrup üzrə 700 balla
Respublika birincisi oldular

 

 

2009/2010 tədris ili

 

 

Fəridə Musayevanın imtahan nəticələri haqqında məlumat

 
 

2011/2012-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" 3 sentyabr 2001-ci il tarixli 564 nömrəli Fərmanına uyğun olaraq

QƏRARA ALIRAM: 

1. 2011/2012-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü verilsin:

 

Abdulla Hüseyn Müseyib oğlu

Abdullayev Ramazan Şahin oğlu

Abdullayeva Gülnar Oktay qızı

Abuzərli Şəhriyar Namiq oğlu

Axundova Məhsəti Sahib qızı

Alxasova Leyla Vasif qızı

Babaşov Ceyhun Ramiz oğlu

Babazadə İlkin Qorxmaz oğlu

Bayramova Həcər Tahir qızı

Bəhmənzadə Rüstəm Əminağa oğlu

Binyaminov Hikmət Nazim oğlu

Camallı Cahandar İlqar oğlu

Cavadov Qürbət Araz oğlu

Cəbrayılov Ağasəf Elşad oğlu

Cəbrayılov Nurlan Yaşar oğlu

Cəbrayılova Fəridə Rövşən qızı

Cəfərli Tuncay Azad oğlu

Əhmədov Erol Əkbər oğlu

Əhmədov Hüseyn Rövşən oğlu

Ələkbərli Fəridə Əli qızı

Əliyev Əli Rəhbər oğlu

Əlizadə Gövhər Vilayət qızı

Əlizadə Nurlan Azər oğlu

Əsgərli Aygün Əhəd qızı

Əsgərov Surət Əhməd oğlu

Əzizova Sara Məmiş qızı

Feyzullayeva Xavər Canbulat qızı

Fətullayev Orxan Əbülfət oğlu

Hacıbəyli Zeynəb Arzu qızı

Hacıyev Nicat Qədir oğlu

Hacıyev Tofiq Rafiq oğlu

Hacıyeva Gülnar Vaqif qızı

Hacızadə İlahə Qabil qızı

Həsənli Aydın Qalib oğlu

Həsənli Humay Rafael qızı

Həsənli Qüdrət Möhübbət oğlu

Həsənli Orxan Məmmədəli oğlu

Həsənli Ülkər Mübariz qızı

Həsənov Fərid İsmayil oğlu

Həsənova Sara Əslan qızı

Hüseynli Aqil Sami oğlu

Hüseynli Yeganə Fərhad qızı

Hüseynova Məryəm Savalan qızı

Hüseynzadə Ramil Mahmud oğlu

Xəlilli Aytac Nazim qızı

İsayeva Səbinə Zaur qızı

İsmayılov Rüfət Ənvər oğlu

İsmili Rüfət Elman oğlu

Qarayev Osman Əzizağa oğlu

Quliyeva Zərifə Elşad qızı

Qurbanova Ülviyyə Fuad qızı

Mahmudbəyli Çilənay Fikrət qızı

Maqsudova Gülmirə Aydın qızı

Məhərrəmov Müseyib Yaqub oğlu

Məmmədbəyli Cavad Rafik oğlu

Məmmədli Əziz Həbib oğlu

Məmmədli Mətanət Zakir qızı

Məmmədli Nicat Fəxrəddin oğlu

Məmmədli Türkan Elxan qızı

Məmmədov Elnur İlham oğlu

Məmmədov Hüseyn Cəfər oğlu

Məmmədov Xəyal Hikmət oğlu

Məmmədov Zaur Yaşar oğlu

Məmmədova Fəridə Zakir qızı

Məmmədova Ləman Elşən qızı

Məmmədova Nigar Mobil qızı

Məmmədova Şəlalə Vüqar qızı

Məsimli Nurlan Əvvəl oğlu

Mirhəsənov Mirfaiq Mirabutalib oğlu

Movlayeva Fəridə Zakir qızı

Mövsümov Teymur Nazim oğlu

Muradbəyli Elgiz Elmar oğlu

Mursaqulov Ruslan Avtandiloviç

Musalı Samir İsmət oğlu

Musayeva Nərminə Zabit qızı

Nağiyev Şahmar Şahin oğlu

Nəcəfquluzadə İsmayil Famil oğlu

Novruzlu Toğrul Yusif oğlu

Nuriyeva Nərgiz Mətləb qızı

Pənahlı Məmmədtağı Məhəmmədəli oğlu

Rəhimli İbrahim Zülfü oğlu

Rüstəmli Eltac Tofiq oğlu

Rzayev Saleh Valeh oğlu

Rzayeva Sara Əbülfət qızı

Sadıxov Süleyman Sadıx oğlu

Səlimzadə Xəzər Hümbət oğlu

Səlimzadə Natiq Xurşud oğlu

Səmədzadə Sevinc Yaşar qızı

Süleymanlı Tural Təvəkkül oğlu

Şamilov Şamil İlqar oğlu

Şəmilova Pərvin Adil qızı

Şərifov Sarvan Şərif oğlu

Şərifova Könül Nazim qızı

Tağıyeva Şəbnəm Sadıq qızı

Tağızadə Ramin Tofiq oğlu

Talıbova Məryam Eldar qızı

Teymurova Təhminə Bakir qızı

Təbriz Rauf oğlu

Vəliyev Məhəmməd Tağı oğlu

Vəliyeva Çiçək Emil qızı

Vəlizadə Fizuli Azad oğlu

Vəlizadə Hafiz Rəhman oğlu  

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.  

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 sentyabr 2011-ci il

Azərbaycan Respublikası Təhsil Naizrliyi

 
 

Ümumi təhsil məktəbləri məzunlarının tam orta təhsil səviyyəsi üzrə gümüş medalla təltif edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

2010/11-ci dərs ilində respublikanın ümumi təhsil məktəblərində tam orta təhsil səviyyəsi üzrə keçirilmiş yoxlama və buraxılış imtahanlarında bütün fənlərdən "əla" qiymətlər almış, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarında 600 və daha yuxarı bal toplamış, həmçinin respublika fənn olimpiadalarında birinci yer tutaraq buraxılış imtahanlarından azad edilmiş XI sinif məzunlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2010-cu il tarixli, 8 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş  medalla  təltif  olunma  Qaydası"nın  6-cı bəndinə əsasən qızıl medalla təltif edilməsi ilə əlaqədar olaraq  
 
ƏMR EDİRƏM:
 
1. Adları aşağıda qeyd olunan XI sinif məzunları qızıl medalla təltif olunsunlar: 

 

1. Məmmədli Mətanət Zakir qızı Akademik Zərifə Əliyeva adına orta ümumtəhsil məktəbi 
2. Məmmədova Şəlalə Vüqar qızı  132-134 nömrəli Təhsil Kompleksi 
3. Abdulla Hüseyn Müseyib oğlu Bakı şəhəri üzrə 72 nömrəli tam orta məktəb
4. İsmayılov Rüfət Ənvər oğlu Bakı şəhəri üzrə 72 nömrəli tam orta məktəb
5. Quliyeva Zərifə Elşad qızı Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi 
6. Rzayeva Sara Əbülfət qızı Bakı şəhəri üzrə Texniki-humanitar lisey
7. Səmədzadə Sevinc Yaşar qızı Tovuz şəhər M.Ələkbərov adına tam orta məktəb
8. Hacıyev Cavid Emin oğlu  "Qafqaz" Azərbaycan-Türkiyə Özəl Gimnaziyası
9. Süleymanova Elnarə Musa qızı Bakı şəhəri üzrə 214 nömrəli tam orta məktəb
10. Xəlilli Aytac Nazim qızı  Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi
11. Cəbrayıllı Füzuli Əliş oğlu  Ucar şəhər 6 nömrəli tam orta məktəb
12. Babazadə Amil Abdul oğlu Bakı şəhəri üzrə 287 nömrəli tam orta məktəb 
13. Hadizadə Abduləli Etibar oğlu Şəki şəhər 11 nömrəli tam orta məktəb
14. Əşrəfli Seymur Azər oğlu Bakı şəhəri üzrə 14 nömrəli tam orta məktəb
15. Mehdiyeva Təyyubə Mübariz qızı Bakı şəhəri üzrə 57 nömrəli tam orta məktəb
16. Şahbazov İlkin İlqar oğlu Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi
17. Qasımzadə Hikmət Əli oğlu Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi 
18. Əsgərli Zeynəb Əhəd qızı Bakı şəhəri üzrə 2 nömrəli texniki-humanitar elmlər liseyi 
19. Kərimov Cavidan Əlayət oğlu Abşeron rayon Mehdiabad qəsəbə 1 nömrəli tam orta məktəb
20. Ağalarlı Şəmsiyyə Hüseyn qızı Bakı şəhəri üzrə 54 nömrəli tam orta məktəb 
21. Əzizli Orxan İltifat oğlu Bakı şəhəri üzrə 162 nömrəli tam orta məktəb
22. İbrəhimli Nail Mirəyyub oğlu Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi 
23. Əhmədova Aynur Faiq qızı  Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi
24. Ramazanlı Azər Fazil oğlu Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi 
25. Şamilov Şamil İlqar oğlu Bakı Özəl Türk Liseyi Dədə Qorqud filialı
26. Mehdiyeva Ülkər Nemət qızı  Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-lisey
27. Niftəliyeva Nərmin Şahmar qızı Bakı şəhəri üzrə 221 nömrəli tam orta məktəb
28. Məmmədova Nərmin Azər qızı Bakı Avropa Liseyi 
29. Əkbərova Əfsanə Mübariz qızı Goranboy rayonu Xanqərvənd kənd tam orta məktəbi
30. Səmədzadə Aytəkin Dilqəm qızı Goranboy rayonu Xanqərvənd kənd tam orta məktəbi 
31. Əliyeva Fəridə Rauf qızı  Bakı şəhəri üzrə 20 nömrəli məktəb-lisey
32. Osmanov Cəmil Akim oğlu Bakı şəhəri üzrə 160 nömrəli tam orta məktəb
33. Şaxverdiyev İlham Arif oğlu Heydər Əliyev adına Müasir Təhsil Kompleksi  
34. Hüseynzadə İqrar İlqar oğlu Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
35. Hacıyev Elnur Elçin oğlu Heydər Əliyev adına Müasir Təhsil Kompleksi 
36. Orlova Lidiya Sergeyevna Bakı şəhəri üzrə 160 nömrəli tam orta məktəb
37. Məmmədova Nərgiz İlqar qızı  132-134 nömrəli Təhsil Kompleksi
 

2. Qızıl medala layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin "Şərəf kitabı"na yazılsın. 

 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
20 iyun 2011-ci il

Azərbaycan Respublikası Təhsil Naizrliyi

 
 

TDV BAKI TÜRK LİSEYİNİN MƏZUNLARININ ALİ MƏKTƏBLƏRƏ QƏBUL NƏTİCƏLƏRİ

2009-2010-cu  tədris ilində Liseyin 64 nəfər şagirdi məzun olmuşdur. Onlardan 6 nəfəri fərqlənmə attestatı almışdır. Qəbul imtahanında 29 məzunumuz (48%) 600-dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olmuşdur. 64 məzunumuzun hamısı ali məktəblərə daxil olmuş və 100% nəticə əldə etmişdilər. 9 nəfər III qrup məzunlarımızndan 5-i, 13 nəfər IV qrup məzunlarımızdan 9-u, 23 nəfər II qrup məzunlarımızdan 11-i, 11 nəfər I qrup məzunlarımızdan 4-ü 600-dən çox bal toplamışlar. 13 nəfər IV qrup məzunumuzdan 11 nəfəri Tibb universitetinin “Müalicə işi” fakültəsinə daxil olmuşdur. I qrup məzunumuz Nərman Məmmədli və  IV qrup məzunumuz Aydan Həsənova 700 maksimum balla Respublika birincisi olmuşlar. 3 məzunumuz Prezident təqaüdçüsü adına layiq görülüb. Məzunlarımızdan 14 nəfəri xarici ölkə universitetlərinə qəbul olmuşlar.

 
 

TDV Bakı Türk Liseyinin məzunları yüksək nəticələrə
imza atdılar

 

Bu ilki məzunlarların biri isə 700 bal toplamaqla III qrup üzrə ölkə birincisi oldu

Məlumatı yüklə

Respublika qəzeti

 
 

«BIZ ƏN ZƏKALILARINI SEÇIRIK»
10.08.2010 

Kadir Bektaşoğlu: «Müəllimlər şagirdlərin savadlı olması üçün inanılmaz fədakarlıq edirlər»

Son illər Azərbaycanın təhsil sistemində bir sıra yeniliklər tətbiq olunsa da, hələ ki, bu sahədə istədiyimiz naliyyəti əldə edə bilməmişik. Heç kəsə sirr deyil ki, bu gün orta məktəbi bitirən məzunun repetitor hazırlığı görmədən, orta məktəbdə ona verilən biliklə ali məktəbə daxil olması müşkül məsələdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatları da təsdiqləyir ki, yüksək nəticə göstərərək ali məktəblərə qəbul olanların çoxu lisey və xüsusi təhsil müəssisələrinin məzunlarıdır.

davamı

Mərkəz

 
 

TÜRKİYƏ DİYANƏT VƏQFİ BAKI TÜRK LİSEYİNİN MƏZUNU
700 BAL TOPLADI

20.07.2010 

Aydan Həsənova IV ixtisas qrupu üzrə ölkə birincisi olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) IV ixtisas qrupu üzrə keçirilmiş imtahanın nəticələrini açıqlayıb. Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Aydan Həsənova 700 bal toplayaraq, bu ixtisas qrupu yüksək nəticə göstərib.

Liseyin müdiri Kadir Bektaşoğlunun Lent.az-a verdiyi məlumata görə, IV ixtisas qrupu üzrə imtahan vermiş 13 lisey məzunundan 9 nəfəri (69 faiz) 600-dən çox bal toplayıb. Bu nəticələr ölkə üzrə yeni rekord müəyyən edib.

I, III, IV ixtisas qrupları üzrə imtahan vermiş 37 lisey məzunundan 18 nəfər (49 faiz) 600-dən çox bal toplayıb, bütün məzunlar ali məktəbə qəbul olmaq üçün zəruri nəticəni əldə ediblər. Kadir Bektaşoğlu deyib ki, iyulun 23-də II ixtisas qrupu üzrə imtahan olacaq. Bu imtahanda liseyin 23 məzunu iştirak edəcək. Onların 15 nəfərinin 600-dən çox bal toplayacağı gözlənilir. Qeyd edək ki, bu il liseyin iki məzunu, I və IV ixtisas qrupu üzrə imtahan vermiş Nəriman Məmmədli və Aydan Həsənova 700 bal toplayaraq, Azərbaycan tarixində yeni rekord nəticəyə imza atıblar.

Lent.Az

 
 

ONLAR ALİ MƏKTƏBLƏRƏ BUİLKİ QƏBUL İMTAHANLARINDA 700 BAL TOPLAYIBLAR
20.08.2010 

Artıq dördüncü ildir ki, ali məktəblərə qəbul imtahanlarında ən yüksək- 700 bal zirvəsi fəth olunur. Bu il isə estafeti İsmayıl Kazımov, Nəriman Məmmədli, Esmira Baxşəliyeva, İlkin Məsimov, Aygül Tanrıverdiyeva, Günel Abdullayeva və Aydan Həsənova davam etdirmişlər. Tələbə adını qazanmış bu yeddi gənc 700 ballıq nəticə ilə imtahan verdikləri qrupların və bütövlükdə builki abituriyentlərin liderlərinə çevrilmişlər.

davamı

Azərbaycan müəllimi

 
 

700 BAL TOPLAYAN ABİTURİYENT YATAQXANADA YAŞAYIR
29.07.2010 

Aydan Həsənova: “Ən böyük arzum ev almaqdır”

Ali məktəblərə yenicə başa çatan qəbul imtahanlarında 7 abituriyent test kitabçasındakı 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Ali məktəblərə 4-cü ixtisas qrupu üzrə isə 3 abituriyent 700 bal yığıb. İmtahanda yüksək nəticə göstərən Aydan Həsənova da tələbə adını qazanmağın sevincini yaşayır. İmtahanda uğur əldə etmək hər bir abituriyentin arzusudur. Ancaq bu nailiyyət heç də asan qazanılmır.

davamı

Müsavat qəzeti

 
 

700 ZİRVƏSİNİN 7 FATİHİ
29.07.2010 

Ali məktəblərə qəbul imtahanlarında ilk dəfə 700 bal (6 nəfər) 2008-ci ildə toplanılıb. Ötən ilki imtahanlarda isə 2 nəfər 700 bal toplaya bilmişdi. Bu il isə rekordçuların sayı 7 nəfərdir.

Onlar yeddi nəfərdir və hazırda tələbə adını qazanmaq üçün hər kəsin həsəd aparacağı ən yüksək göstəricini əldə ediblər. Bəziləri hələ imtahandan əvvəl bu uğuru əldə edəcəyinə tam əmin olub, bəziləri isə hər cür hazırlığa rəğmən yenə bir balaca həyəcan hissi keçirib. İlkin Məsimov, Aydan Həsənova, Esmira Baxşəliyeva, Nəriman Məmmədli, Aygül Tanrıverdiyeva (hamısı Bakı), Günel Abdullayeva (Şəki), İsmayıl Kazımov (Mingəçevir) bu gün ölkəmizin ən populyar, örnək göstərilən gəncləridir. Biz də 110 minə yaxın abituriyentin iştirak etdiyi bilik yarışında ən yüksəl bal  toplayan bu gənclərlə həmsöhbət olduq.

davamı

Zaman qəzeti

 
 

UĞURA APARAN YOLUN TƏK GƏRÇƏKLİYİ – OXUMAQDIR
23.07.2010 

Aydan Həsənova: “Ən böyük arzum cərrah olub xalqıma layiqli xidmət göstərməkdir”

Məlum olduğu kimi, ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanında üç abituriyent yüksək nətiçə göstərib. Onlardan biri Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Aydan Həsənovadır. O iyulun 17-də IV ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanında 700 bal toplayaraq ölkə birincisi olub. Sual kitabçasındakı 125 sualın hamısını düzgün cavablandıran Aydanı redaksiyamıza dəvət edib uğuru ilə bağlı söhbətləşdik.

davamı

Üç nöqtə qəzeti

 
 

TÜRKİYƏ DİYANƏT VƏQFİ BAKI TÜRK LİSEYİNİN MƏZUNU AYDAN HƏSƏNOVA 700 BAL TOPLAYIB
21.07.2010 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun www.ict.az portalının administratoru Sevinc Həsənovanın qız övladı, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Aydan Həsənova iyulun 17-də IV ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanında 700 bal toplayıb.

Sual kitabçasındakı 125 sualın hamısını düzgün cavablandıran Aydan bu cür yüksək göstəriciyə nail olmaqda müəllimlərinin əməyini qeyd edib. “İmtahanda yüksək bilik nümayiş etdirərək uğur qazanacağıma əmin idim. Sevinirəm ki, həm valideynimin, həm də müəllimlərimin etimadını doğrultdum”.

Azərbaycan Dövlət Tibb Universitetinin “Müalicə işi” fakültəsində ali təhsil almaq istəyən Aydanın ən böyük arzusu cərrah olmaq və xalqına layiqli xidmət göstərməkdir. AMEA İnformasiya Texnologiyaları İnstitutunun kollektivi Aydanı təbrik edir, ona peşəkar həkim kimi yetişməsini, gələcəkdə tibb sahəsində böyük uğurlara imza atmasını arzulayır.

AMEA İnformasiya Texnologiyaları İnstitutu

 
 

SINAQ İMTAHANININ NƏTİCƏLƏRİ AÇIQLANMIŞDIR
04.04.2011

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də keçirdiyi sınaq imtahanının nəticələrini açıqlamışdır.

TQDK-dan AzərTAc-a bildirmişlər ki, iş nömrələrini daxil etməklə Komissiyanın internet saytından nəticəni öyrənmək olar.

İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Ağstafa, Şəmkir, Tovuz, Şəki, Goranboy, Zərdab, Ağdaş, Füzuli, Beyləqan, Hacıqabul, Lənkəran, Cəlilabad, Quba, Qusar, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında aparılmışdır.

AzərTac

 

  ..: XƏBƏRLƏR :..
 

Tam orta ümumtəhsil məktəblərində çalışan müəllimlər videomühazirələrin hazırlanmasına cəlb olunacaqlar
06.02.2012

Bakı, 6 fevral (AzərTAc). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarına fərdi qaydada hazırlaşan abituriyentlərə metodiki kömək məqsədi ilə 2010-cu ildən yeni layihə həyata keçirməyə başlamışdır. Təcrübəli ekspertlərin qəbul imtahanı fənləri üzrə videomühazirələri hazırlanır və Komissiyanın internet saytında yerləşdirilir. 

TQDK-dan AzərTAc-a bildirmişlər ki, hazırda bu layihə üzərində təkmilləşdirmə işləri həyata keçirilir. Yeni videomühazirələrin hazırlanmasında iştirak etmək istəyən müəllimlər TQDK-ya müraciət etməklə, bu layihənin iştirakçısı ola bilərlər. Həmin şəxslərdən orta ümumtəhsil müəssisələrində müvafiq fənn üzrə qüvvədə olan tədris proqramlarını və dərslikləri dərindən bilən, bu sahədə müəyyən göstəriciləri olan, yüksək pedaqoji məharəti, səlis nitq qabiliyyəti, müasir təlim bacarıqlarına malik müəllimlər seçilərək qəbul proqramlarına uyğun mövzular üzrə videomühazirələrin hazırlanmasına cəlb olunacaqlar. Bu prosesdə iştirak etmək istəyən müəllimlər özləri haqqında məlumatları press@tqdk.gov.azelektron poçtuna göndərə bilərlər. 

AzərTac

 
 

“Azərbaycanın ali təhsil sisteminin tənzimlənməsi üzrə mövcud qanunvericiliyin qiymətləndirilməsi” mövzusunda seminarın açılışı olmuşdur
30.01.2012

Yanvarın 30-da Təhsil Nazirliyində Avropa İttifaqının TAIEX proqramı çərçivəsində “Azərbaycanın ali təhsil sisteminin tənzimlənməsi üzrə mövcud qanunvericiliyin qiymətləndirilməsi” mövzusunda seminarın açılışı olmuşdur. 

Tədbir Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Avropa İttifaqı tərəfindən təşkil edilmişdir. 
AzərTAc xəbər verir ki, ali məktəb, beynəlxalq qurumların nümayəndələrinin, mütəxəssislərin iştirak etdikləri açılış mərasimində təhsil naziri Misir Mərdanov Azərbaycanın Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu xatırlatmış və seminar barədə danışmışdır. 
Məlumat verilmişdir ki, tədbirə qatılan Avropa İttifaqının ekspert missiyasının məqsədi Azərbaycanın ali təhsil sisteminin Bolonya sistemi standartlarına uyğunlaşdırılması baxımından normativ-hüquqi sənədlərin monitorinqinin aparılması və qiymətləndirilməsindən ibarət olacaqdır. 
Eyni zamanda, Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər müvafiq təhsil müəssisələrindən nümayəndələrin iştirak edəcəkləri seminarda beynəlxalq və Avropa təhsil sisteminin prinsiplərinə uyğunlaşma, zəruri tədris və təlim sənədlərinin təhlili vasitəsilə milli təhsil standartları əsasında təhsil müəssisələrinin akkreditasiyası qaydaları və digər məsələlər müzakirə olunacaqdır. Müasir dünyada təhsilin mühüm rolunu vurğulayan Təhsil hüququ və siyasəti üzrə Avropa Assosiasiyasının prezidenti, Antverpen Universitetinin nümayəndəsi Jan De Groof Azərbaycanın Bolonya prosesinə qoşulmasının əhəmiyyətindən danışmışdır.

İsveç Milli Agentliyinin Ali təhsil üzrə nümayəndəsi Lennart Stahle, Finlandiyanın Ali təhsilin qiymətləndirilməsi şurasının baş eksperti Karl Holm ali təhsil sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyini bildirmişlər.  Mövzu üzrə müzakirələr aparılmışdır.

Seminar fevralın 3-də başa çatacaqdır.

AzərTac

 
 

Fizika fənni üzrə test tapşırıqları elmi-metodiki cəhətdən təhlil olunmuşdur
25.01.2012

Fizika fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzərTAc-a bildirmişlər ki, seminarda 201I-ci ildə ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqları (A variantı, 43-50 saylı) elmi-metodiki cəhətdən təhlil olunmuşdur.
Bakı və Sumqayıt şəhərlərindən orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba regional bölmələrindən müvafiq fənn müəllimləri də onlayn rejimində internet vasitəsilə fikirlərini söyləmişlər. 
Test tapşırıqlarının dərsliklərə və müvafiq qəbul proqramına uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verdiyi təsdiqlənmişdir. 

Qəbul imtahanında abituriyentlərin zəif cavablandırdıqları və cavab verməkdən imtina etdikləri test tapşırıqlarının izahlı şərhinə dair tövsiyə hazırlanması qərara alınmışdır.

AzərTac

 
 

Müvafiq ixtisas qruplarına rus bölməsi üzrə 3 min 913 gənc qəbul olunmuşdur
24.01.2012

2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qruplarına rus bölməsi üzrə 3 min 913 gənc qəbul olunmuşdur (əlavə yerləşdirmə nəzərə alınmaqla).
Qəbul planı 98,24 faiz yerinə yetirilmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildirmişlər ki, müvafiq bölmə üzrə qəbul planı ümumilikdə3 min 983 yer olmuşdur. 

AzərTac

 
 

“Uşaqlar və müharibə” mövzusunda respublika rəsm müsabiqəsi keçiriləcəkdir
21.01.2012

Təhsil Nazirliyi XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında “Uşaqlar və müharibə” mövzusunda respublika rəsm müsabiqəsi keçirəcəkdir.Nazirlikdən AzərTAc-a bildirmişlər ki, fevralda təşkil olunacaq tədbirin məqsədi miqyasına görə dünya və Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı haqqında gənc nəslə geniş məlumat vermək, torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə Vətənə sədaqət və məhəbbət hissini gücləndirməkdir. 
Müsabiqə rayon (şəhər) və respublika mərhələləri üzrə keçiriləcəkdir. Qaliblər nazirlik tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

AzərTac

 
 

Abituriyentlərin zəif cavablandırdığı test tapşırıqlarına dair hazırlanmış metodiki tövsiyə müzakirə olunmuşdur
18.01.2012

Xarici dil (ingilis, fransız və alman dilləri) fənləri üzrə elmi-metodiki seminar keçirilmişdir. 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzərTAc-a bildirmişlər ki, seminarda ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında I və IV ixtisas qrupları üzrə abituriyentlərin zəif cavablandırdığı və cavab verməkdən imtina etdikləri test tapşırıqlarına dair hazırlanmış metodiki tövsiyə müzakirə olunmuşdur. Bakı və Sumqayıt şəhərlərindən orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba regional bölmələrindən müvafiq fənn müəllimləri də onlayn rejimində internet vasitəsilə metodiki tövsiyə ilə bağlı fikirlərini açıqlamışlar. Metodiki tövsiyə “Abituriyent” jurnalında dərc olunacaqdır. 

AzərTac

 
 

Kimya fənni üzrə test tapşırıqları elmi-metodiki cəhətdən müzakirə olunmuşdur
12.01.2012

Kimya fənni üzrə elmi- metodiki seminar keçirilmişdir.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzərTAc-a bildirmişlər ki, seminarda bu il ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqları (B variantı, 66-75 saylı) statistik göstəricilər əsasında elmi-metodiki cəhətdən müzakirə olunmuşdur.
Bakı və Sumqayıt şəhərlərindən orta və ali məktəb müəllimləri, metodistlər, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba regional bölmələrində müvafiq fənn müəllimləri də onlayn rejimində internet vasitəsilə test tapşırıqları barədə fikirlərini bildirmişlər. 
Test tapşırıqlarının dərsliklərə və müvafiq qəbul proqramına uyğun olduğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verdiyi təsdiqlənmişdir.
Eyni zamanda, abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarına dair metodiki tövsiyə hazırlanması və onunAbituriyent jurnalında dərc edilməsi qərara alınmışdır.

AzərTac

 
 

Məktəblilər arasında “Ən çox sevdiyim idman növü” mövzusunda rəsm müsabiqəsi keçiriləcəkdir
08.01.2012

Təhsil Nazirliyi cari tədris ilinin ikinci yarısında ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ən çox sevdiyim idman növü” mövzusunda respublika rəsm müsabiqəsi keçirəcəkdir. Nazirlikdən AzərTAc-a bildirmişlər ki, məqsəd iyun ayında Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına maraq oyatmaq, olimpiya idman növlərini məktəblilər arasında təbliğ etməkdir. Müsabiqə rayon (şəhər) və respublika mərhələləri üzrə təşkil olunacaqdır.

AzərTac

 
 

Birinci ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 8 min 141 gənc qəbul olunmuşdur
06.01.2012

2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə birinci ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 8 min 141 gənc qəbul olunmuşdur (əlavə yerləşdirmə nəzərə alınmaqla). Qəbul planı 94,75 faiz yerinə yetirilmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildirmişlər ki, müvafiq bölmə üzrə qəbul planı 8 min 592 yer olmuşdur. 

AzərTac

 
 

Kimya fənni üzrə elmi-metodiki seminar keçirilmişdir
01.01.2012

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.TQDK-dan AzərTAc-a bildirmişlər ki, seminarda 2011-ci ildə ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqları (B variantı, 51-65 saylı test tapşırıqları) statistik göstəricilər əsasında elmi-metodiki baxımdan müzakirə olunmuşdur. Test tapşırıqlarının hər biri mürəkkəblik dərəcəsinə, relevantlıq kateqoriyasına görə və məzmun baxımından təhlil edilmişdir. Tapşırıqların qəbul proqramına və dərsliklərə uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verdiyi bir daha təsdiqlənmişdir.

Qəbul imtahanında A və B variantlarında istifadə edilmiş test tapşırıqları analoji olduğundan, hər iki variant üzrə abituriyentlərin cavablarının statistik göstəriciləri də bir-birinə uyğun olmuşdur. Hər iki variantdakı test tapşırıqları çətinlik dərəcəsi, relevantlıq kateqoriyaları baxımından da bir-birinə tam uyğundur. İclasda Bakı və Sumqayıt şəhərlərindən orta və ali məktəb müəllimləri, metodistlər və AMEA-nın mütəxəssisləri ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində fəaliyyət göstərən elmi-metodiki seminarlarda iştirak edən müvafiq fənn müəllimləri də onlayn rejimdə internet vasitəsilə test tapşırıqları haqqında fikirlərini bildirmiş, təkliflərini vermişlər. 
Növb
əti seminarda müzakirə davam etdiriləcəkdir.  

AzərTac

 
   
 
Başa qalx Başa qalx