Ana səhifəSeçilmişlərə əlavə etBizə yazın
Azəbaycan dilində Türkce
 
 
  •                

MENYU

Xəbərlər
Litsey haqqında
Müdirdən
Müdiriyyət
Kollektivimiz
Nailiyyətlər
Dərs cədvəli
Fərqlənənlər
Göstəricilər
Məzunlar birliyi
Litsey müdirlərimiz
Xaricdə təhsil almış məzunlarımız
Foto albom
Arxiv

Əlaqə
 

fOTO ALBOM

 
 
 
 
 
 
 
 

 

AXTARIŞ SİSTEMİ

PREZİDENT TƏQAÜDÇÜLƏRİMİZ

FAYDALI LİNKLƏR

Təhsil Nazirliyi
Diyanət Vəqfi
ÖSYM
TQDK
Azərbaycan müəllimi
Ali məktəblər
Abituriyent jurnalı
H.Əliyev Kitabxanası
Atatürk Araşdırma Məkrəzi
..: LİTSEY HAQQINDA :..
 

 

TÜRKİYƏ DİYANƏT VƏQFİ BAKI TÜRK LİTSEYİ

1.QURULUŞU

Türkiyə Diyənət Vəqfi  Bakı Türk Liseyi , BDU-nun rektorunun və TDV-nin səlahiyyətli şəxslərinin 13.06.1994-cü ildə imzaladığı protokola əsasən Azərbaycan Respublikası Təhsil Nazirinin 03.08.1994-cü il  502 saylı əmri ilə BDU nəzdində dünyəvi təhsil həyata keçirən lisey olaraq fəaliyyətə başlamışdır. Lisey 16 ildir ki,  təhsil fəaliyyətini davam etdirir.

2.LİSEYİN MALİYYƏLƏŞDİRİLMƏSİ

TDV Bakı Türk Liseyində təhsil pulsuzdur və liseyin bütün maddi xərclərini (müəllim və işçi maaşları, təmir işləri, vergi, yeməkxana, təhsil haqları, cari xərclər)    Türkiyə Diyanət Vəqfi təmin edir.

 3.ŞAGİRD SAYI

TDV Bakı Türk Liseyində hal-hazırda 5-11 siniflərdə  465 oğlan və 187 qız olmaqla  toplam 652 şagird təhsil alır.

 4.ŞAGİRD QƏBULU

TDV Bakı  Türk Liseyinə 4-cü sinfi bitirən şagirdlər qəbul olunur.Qəbul imtahanı test üsulu ilə həyata keçirilir.İmtahanda şagirdlər Azərbaycan dili və riyaziyyat fənləri üzrə 80 suala cavab verirlər.Hər il may ayının əvvəlindən başlayan qəbul müraciətləri may ayının axırına kimi davam edir.İyun ayının birinci bazar günü qəbul  imtahanı keçirilir.

 5.MÜƏLLİM SAYI VƏ QƏBULU

TDV Bakı Türk Liseyində şagirdlərin təhsil və tərbiyəsi ilə 89 nəfər müəllim məşğul olur.2004-cü ildən lisey müdiri  təyin edilən K.Bektaşoğludan başqa bütün şagird və müəllim kollektivi Azərbaycan vətəndaşıdır.Liseyə müəllim qəbulu Lisey müdiriyyəti tərəfindən  təşkil olunan  imtahan yolu ilə aparılır.

 6.TƏDRİS PROQRAMI VƏ DİLİ

TDV Bakı Türk Liseyində dərslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin hər il təsdiq etdiyi proqram əsasında keçirilir və bütün dərsliklər Azərbaycan Respublikasının orta məktəblərində keçirilən dərsliklərdir.Tədris dili Azərbaycan dilidir. Şagirdlərə əlavə olaraq türk dili, ingilis dili və ərəb dili  xarici dil kimi  tədris edilir.

 7.AÇILIŞ MƏQSƏDİ

Liseyin başlıca məqsədi iki qardaş ölkənin dostluq təməllərini möhkəmləndirən, yüksək bilik, mədəniyyət və əxlaq anlayışını mənimsəyən, idealist, vətəninə , millətinə və bayrağına sahib çıxan, dövlətinə xidmət etmək üçün bütün bilik və bacarığını sərf edən, dövlət böyüklərinə böyük məhəbbət bəsləyən,  onların yolunu özünə nümunə seçən , Türk dünyasına və bütün dünyaya barış, əmin-amanlıq  gətirmək üçün əlindən gələni əsirgəməyən , xalqının qarşısında məsuliyyət hiss  edən, özünə tam inanan, millətinə və insanlığa xidmət edən ,Azərbaycan Dövlətinin mənafeyini qoruyan, milli hədəflərə sadiq, müasir biliklərə sahib, çalışqan, fədəkar, əxlaqlı gənc nəsillər yetişdirməkdir.

 8.MƏZUNİYYƏT VƏ MƏZUN SAYI

TDV Bakı Türk Liseyində 2000-2001-ci tədris ilindən  2008-2009-cu tədris ilinə qədər 9 buraxılış məzuniyyəti olmuşdur. İndiyədək Liseydən 385 nəfər şagird məzun olmuşdur.Məzunlarımız Azərbaycan universitetləri başda olmaqla Türkiyə, Rusiya, Amerika, Almaniya, Fransa, İsveç, İngiltərə, Polşa, Bolqarıstan və başqa  Avropa universitetlərində təhsilini başa vurmuş, ya da  hal –hazırda təhsilini davam etdirirlər.

 
Başa qalx Başa qalx