internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

3 ŞAGIRDIMIZ BEYNƏLXALQ OLIMPIADADA IŞTIRAK EDƏCƏK
26.03.2022

 
 
06-12 aprel tarixlərində Macarıstanın Eqer şəhərində məktəblilər arasında 11-ci Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçiriləcək.

Seçmə imtahanların nəticələrinə əsasən sözügedən olimpiadada iştirak edəcək şagirdlər artıq müəyyən edilmişdir.

Beynəlxalq olimpiadada ölkəmizi 4 məktəbli təmsil edəcək ki, onun 3-ü liseyimizin şagirdləridir.

İştirak edəcək şagirdlərimiz:
Fidan Cəfərli - X sinif,
Səfurə Ramizqızı - X sinif,
Sevinc Mahmudova - IX sinif şagirdi.
 

 

   

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov