internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

TDV Bakı Türk Liseyinin 3 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04.10.2022

 
 

Ölkə Prezidenti cənab İlham Əliyev “2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncam (https://president.az/az/articles/view/57449) imzalayıb.

Sərancama əsasən liseyimizin 3 məzunu Nigar Vəlikişiyeva (678 bal), Vaqif Əhmədov (670) və Arif Aslanov (660 bal) Prezident təqaüdü alacaq tələbələr sırasındadır.

Ümumilikdə isə 2022/2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ölkəmizin ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.

Təqaüdçülərimizi və bu işdə əməyi keçənləri təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov