internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Beynəlxalq Riyaziyyat Olimpiadasından uğur
06.06.2023

 
 
31 may və 1 iyun tarixlərində Özbəkistanda iki mərhələdən ibarət Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadası təşkil edilib.

Olimpiadada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan 30-a yaxın şagird iştirak edib.

Olimpiadada ölkəmizi təmsil edən, lisey şagirdimizin də daxil olduğu, 4 nəfərdən ibarət komanda uğura imza atıb.

Belə ki, liseyimizin 8-ci sinif şagirdi, ölkə komandasının üzvi Zəhra İbişova olimpiadada gümüş medal qazanıb.

Ümumilikdə, ölkə üzrə komanda üzvləri uğurla çıxış edərək 1 bürünc və 3 gümüş medal qazanmışdır.

Zəhranı təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq!

 

   

 
 

Başa qalxx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov