internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

II Bakı Elm Olimpiadasının qalibi olduq!
13.06.2023

 
 
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən II Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Müsabiqədə liseyimizin komandası uğurla çıxış edərək I yerə layiq görülüb.

Ümumilikdə, Türkiyə Dəyanət Vəqfi-Bakı Türk Liseyi və 129 nömrəli tam orta məktəbin komandaları I yerə, Kimya-biologiya təmayüllü Respublika liseyi və 192 nömrəli tam orta məktəbin komandaları II yerə, Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyi və 287 nömrəli “Zəkalar” liseyinin komandaları III yerə layiq görülmüşlər.

Müsabiqə üzrə I, II və III yerin qalibi olan şagirdlərə medal, diplom və hədiyyələr təqdim olunub.

Şagirdlərimizi təbrik edir, fədakar müəllimlərimizə və təşkilatçılara təşəkkür edirik.

 

   

 
 

Başa qalxx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov