internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini ziyarət edib
28.09.2023

 
 
Liseyimizin qonağı olan Bilal Ərdoğan müəllim və şagirdlər tərəfindən coşqu ilə qarşılanıb.

Konfrans zalında 27 Sentyabr - Anım Günü münasibətilə tədbir təşkil edilib və fəxri qonaqla görüş keçirilib.

Görüş tədbirində vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal marşı səsləndirilib.

Daha sonra 27 Sentyabr - Anım Günü ilə əlaqədar vətənimizin azadlığı uğrunda əziz canlarından keçən şəhidlərimizin ruhuna Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət şurasının üzvü Fatih Okumuş tərəfindən “Qurani-Kərim”dən ayələr tilavət edilib.

Tədbirdə çıxış edən Türkiyə səfirliyinin Dini İşlər üzrə müşaviri İhsan Açık tədbirin təşkili üçün məktəb kollektivinə təşəkkür edib və qonağa dəyərli vaxtını ayırıb şagirdlərlə görüşə gəldiyi üçün öz minnətdarlığını bildirib.

Daha sonra Bilal Ərdoğan ona ünvanlanan sualları cavablandırıb. İlk oxuduğu kitab, məktəb və ilk müəllimləri haqqında ünvanlanan sualları cavablandıran qonaq şagirdlər tərəfindən maraqla dinlənilib. O, eyni zamanda, övladının Quran hafizi olmasından və hafizliyin dəyərindən danışıb.

Təhsilin insan həyatındakı önəminə diqqət çəkən Bilal Ərdoğan modern dünyanın ən böyük silahının güclü təhsil olduğunu qeyd edib. Ən çox sevdiyi idman sahəsi hansıdır sualına isə qonaq, oxçuluq olduğunu qeyd edib və oxçuluğun tarixindən danışıb. O, eyni zamanda, milli kimliyin əhəmiyyətindən də bəhs edib.

Tədbirdə şagirdlərin ifasında şəhidlərə həsr edilmiş şeirlər dinlənilib.

Tədbirin sonunda məktəb rəhbərliyinə qonaqlar tərəfindən hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkilib.

 

     
     
     
     
     

 
 

Başa qalxx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov