internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Bakı Türk Liseyinin müdiri: Harada olursunuzsa olun, öz kimliyinizi və hansı coğrafiyaya aid olduğunuzu unutmayın
07.10.2023

 
 
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində Mövludi-Nəbi həftəsi ilə əlaqədar “Mömin inanan və güvən verən insandır” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının ruhuna Qurani-Kərimdən ayələr oxunub.

Türkiyə səfirliyinin dini işlər üzrə müşaviri İhsan Açık tədbirin mahiyyətindən danışaraq, Həzrəti Peyğəmbərin həyatında doğruluq və doğru istiqamətin əhəmiyyətinə diqqət çəkib. Mövludi-Nəbi həftəsində belə bir əlamətdar tədbirin keçirilməsinin vacibliyini qeyd edən müşavir öz çıxışında məktəb şagirdlərinə ömürlərinin sonuna qədər gözəl nümunə olan Peyğəmbərimizi örnək alaraq yaşamağı tövsiyə edib.

Təşkilatçılara təşəkkürünü bildirən sabiq Dəyanət İşləri Başqanı Tayyar Altıkulaç Həzrəti Peyğəmbərin az danışıb çox işlər görən və nümunə bir şəxsiyyət olduğunu diqqətə çatdırıb. Bakı Türk Liseyinin şagirdlərinə tövsiyələrini verən Altıkulaç vurğulayıb ki, xarici ölkələrdə fəaliyyət göstərən ən yaxşı universitetlərdə təhsil almaq nə qədər böyük uğur hesab edilsə də, onların ən böyük nailiyyəti məzun olduqdan sonra öz ölkəsi və xalqı üçün faydalı olmağıdır.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu təhsil müəssisəsinin uğurlarında Tayyar Altıkulaçın əvəzsiz əməyini qeyd edib. O, bütün şagirdlərinə harada olmalarından və yaşamalarından asılı olmayaraq, öz kimliklərini, hansı coğrafiyaya aid olduqlarını unutmamağı tövsiyə edib.

Daha sonra şagirdlərin ifasında şeirlər və ilahilər səsləndirilib. Tədbirin sonunda tədbir iştirakçılarına “Ən gözəl örnək Hz.Peyğəmbər” adlı kitab hədiyyə edilib.

 

     
 

 
 

Başa qalxx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov