internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

TDV Bakı Türk Liseyinin 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
17.10.2023

 
 
Ölkə Prezidenti cənab İlham Əliyev “2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncam (https://president.az/az/articles/view/61708) imzalayıb.
 
Sərancama əsasən liseyimizin 4 məzunu Telli Dədəyeva, Ləman Əliquliyeva, Günay Əzimova və Mahir Nurulu Prezident təqaüdü alacaq tələbələr sırasındadır.
 
Ümumilikdə isə 2023-2024-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ölkəmizin ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.
 
Təqaüdçülərimizi və bu işdə əməyi keçənləri təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.
 

 
 

Başa qalxx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov