internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Liseyimizdə olimpiadalara hazırlaşan şagirdlərin payız məktəbi təşkil olunub
20.11.2023

 
 
Noyabrın 16-20 tarixlərində liseyimizdə informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin payız məktəbi təşkil olunub.

Şagirdlər 5 gün ərzində hər gün 8 saatlıq hazırlıq prosesinə qoşulublar. Təlim müddətində şagirdlər olimpiada mövzularının nəzəri və praktiki izahı ilə tanış olub, beynəlxalq yarışlarda təqdim edilmiş tapşırıqları müzakirə ediblər.

Hazırlıq prosesində Oksford Universitetinin və Massaçusets Texnologiya İnstitutunun İdarəetmə məktəbinin məzunları öz təcrübələrilə bölüşmüşlər.

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilib.

 

 
 

Başa qalxx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov