internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

ROBOTEX Türkiyənin Azərbaycan Avrasiya Çempionatının final mərhələsi keçirilib
06.03.2024

 
 
"Global Olympiad Center"in təşkilatçılığı ilə Bakıda Azərbaycanda ilk dəfə “Robotex Türkiyə” yarışının bölgə çempionatları keçirilib.

Avropa Birliyinin dəstəyi ilə təşkil olunan dünyanın ən böyük və nüfuzlu robototexnika yarışmasında 250-dən çox komanda, 2 mindən çox izləyici, 1500-dən çox iştirakçı, 41 məktəb, 6 universitet və 10 özəl qurum iştirak edib.
Şagirdlər 2 gün ərzində robot kodlaşdırma və robot hazırlama üzrə layihələrini, eləcə də öz startaplarını təqdim ediblər.

19 fərqli kateqoriyada yarışan komandalardan 109 komanda qalib seçilərək növbəti mərhələyə vəsiqə qazanıb.

Univetsitet rektorları, Azərbaycanın öndə gedən iş adamları və akademik kadrların qonaq qismində iştirak etdiyi Festivalda iştirakçıların layihələri dünya səviyyəli münsiflər heyəti tərəfindən dəyərləndirilib.
Festivalda Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cahit Bağcı, KOBİA-nın sədri Orxan Məmmədov, "Azərcell"-in baş müşaviri Okan Cimen, Azərbaycan Respublikası Elm və Ali Təhsil Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, ROBOTEX Türkiyənin direktoru Orhan Çevik və NDU, ADİU, BDU, BSU, ADPU universitetlərinin rektorları fəxri qonaqlar qismində iştirak ediblər. ROBOTEX yarışmasının sabah baş tutacaq ikinci və son mərhələsində görüşənədək.
Yarışın növbəti mərhələsi 20-21 aprel tarixlərində Türkiyənin Antalya şəhərində baş tutacaq.

18 ölkədən qatılan komandalar Estoniyanın paytaxtı Tallində keçiriləcək beynəlxalq robot çempionatında iştirak etmək hüququ əldə edəcəklər.
 

 

 
 

Başa qalxx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov