internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

TDV Bakı Türk Liseyində birinci yarımilin yekunu ilə bağlı iclas keçirilib
09.03.2024

 
 
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində rəhbər, müəllim və valideynlərlə birgə birinci yarımilin yekunu ilə bağlı iclas keçirilib.

Şagirdlər liseyə daxil olan valideynlərə şirniyyat və 2023-cü ilin yekunu ilə bağlı məlumat vərəqəsi paylayıb.

Hər bir müəllim tədris etdiyi sinifə daxil olub şagirdlərin tədrisi ilə bağlı valideynlərə məlumat verib və valideynləri maraqlandıran sualları cavablandırıb.

İclasda çıxış edən liseyin müdiri Kadir Bektaşoğlu son günlərdə məktəblərdə baş verən neqativ hadisələrlə bağlı sinif rəhbərlərinə və müəllimlərə daha diqqətli olmağı tapşırıb.

Liseyin müdiri qloballaşan və çevik dəyişən dünyada milli – mənəvi dəyərləri özündə birləşdirən mənəviyyat dərsinin fənn olaraq uşaqlara keçirilməsinin vacibliyindən danışıb. Bu səbəbdən liseyimizdə “Mənəviyyat” dərsinin keçiriliməsinin düzgün seçim olduğunu bildirib.
K.Bektaşoğlu həmçinin ölkə prezidentindən sitat gətirərək vətənini, millətini sevən vicdanlı və təhsilli gənc nəsil yetişdirmək istədiklərini bildirib.

İclasda təlim-tədris, həmçinin uşaqların təhlükəsizliyinin təminatı məsələləri, psixoloji xidmətin təşkili və II yarımildə qarşıda duran hədəflər müzakirə edilib.
 

 

 
 

Başa qalxx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov