internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Şagirdlərimiz beynəlxalq müsabiqədə uğur qazanıb
22.04.2024

 
 
20-21 aprel Türkiyənin Antalya şəhərində təşkil edilən “Robotex Türkiyə” yarışında iştirak edən liseyimizin komandalarından biri ikinci yerə, 3 komandamız isə “Juri Özel Ödülü”nə layiq görülmüşdür.

Mükafat və özəl juri ödülü almış şagirdlərimiz cari ilin 6-7 dekabr tarixlərində İtalyanın Roma şəhərində təşkil ediləcək “Robotex International” dünya çempionatında iştirak hüququ qazanıblar.

Qeyd edək ki, “Robotex Türkiyə”yə dünyanın müxtəlif ölkələrindən 19 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2500-dən artıq iştirakçı qatılıb.

Şagirdlərimizi və komanda təlimatçı müəllimlərimiz Rəşad İbrahimov və Pəri Nəsiblini təbrik edir, əməyi keçənlərə təşəkkür edirik.
 

 

 
 

Başa qalxx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov