|

2008-2009-cu tədris ilində Liseyin
51 nəfər şagirdi məzun olmuşdur.
Onlardan 3 nəfəri fərqlənmə attestatı
almışdır. Qəbul imtahanında 21 məzunumuz
(42%) 600-dən yuxarı bal toplayaraq ali
məktəblərə daxil olmuşdur. 51 nəfərdən
50-si ali məktəblərə, 1 nəfər isə Tibb
texnikumuna daxil olmuşdur. 18 nəfərlik
III qrup məzunumuzdan 12-si (66%) 600
–dən yuxarı bal toplayaraq ali
məktəblərə qəbul olunmuşdur.
Məzunlarımızdan Fəridə Musayeva
700 bal toplayaraq III qrup üzrə
Respublika birincisi olmuşdur. İki nəfər
məzunumuz Prezident təqaüdünə layiq
görülmüşdür. Məzunlarımızdan 5 nəfəri
Türkiyənin ali məktəblərinə daxil
olmuşdur.
|