internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Liseydə 6,7 və 8-ci siniflər üzrə böyük summativ qiymətləndirmə təşkil olundu
13.05.2025

 
 
Bu gün TDV Bakı Türk Liseyində tədris ilinin son mərhələsində 6, 7 və 8-ci sinif şagirdlərini əhatə edən böyük summativ qiymətləndirmə (BSQ) keçirilib. Təhsil keyfiyyətinin monitorinqi və şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan bu imtahan 3 saat müddətində davam edib.

Summativ qiymətləndirmə şagirdlərin il ərzində qazandıqları akademik bilik və fənlərarası bacarıqları obyektiv şəkildə yoxlamaq, onların tədris proqramına uyğun inkişaf səviyyəsini müəyyənləşdirmək və gələcək təhsil mərhələlərinə hazırlığını qiymətləndirmək məqsədi daşıyır.

İmtahanda Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, xarici dil (ingilis dili), fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə test tapşırıqlarından ibarət suallar təqdim olunub.

Lisey rəhbərliyi və nəzarətçi müəllimlər imtahanın sakit, intizamlı və təşkilati baxımdan yüksək səviyyədə keçirilməsinə nəzarət ediblər.

Nəticələrlə bağlı ətraflı məlumat yaxın günlərdə təqdim olunacaq.

Lisey rəhbərliyi bu qiymətləndirmədə iştirak edən bütün şagirdlərə uğurlar arzulayır.

Eyni zamanda, qiymətləndirmənin təşkili və keçirilməsində əməyi keçən müəllim və texniki heyətə minnətdarlıq bildirilir.

 

 

     

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov