| |
2023-cü ildən
etibarən dünya üzrə təşkil
olunan TR-YÖS (Türkiyədəki
universitetlərdə təhsil almaq
istəyən əcnəbi tələbələr üçün
ÖSYM tərəfindən keçirilən
mərkəzləşdirilmiş qəbul
imtahanı) imtahanında
məzunlarımız mühüm uğur əldə
ediblər.
Belə ki, bu imtahanda iştirak
edən 11 məzunumuz maksimum
nəticə — 500 tam bal toplayaraq
dünya birincisi adını qazanıb.
Bu yüksək nəticə TDV Bakı Türk
Liseyində düzgün və sistemli
şəkildə qurulmuş təhsil
proqramının bariz
göstəricisidir.
Uğur qazanan məzunlarımızı
təbrik edir, onlara gələcək
təhsil və akademik
fəaliyyətlərində davamlı
nailiyyətlər arzulayırıq!
|
|