internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Şagirdlərimiz Şəhidlər Xiyabanını ziyarət ediblər
19.01.2026

 
 
Bu gün Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət ediblər.

Liseyimizin şagirdləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş 20 Yanvar şəhidlərinin məzarları önünə qərənfillər düzüb, onların xatirəsini dərin ehtiramla anıblar.

Qanlı 20 Yanvar hadisəsi xalqımızın yaddaşına faciə kimi həkk olunsa da, bu tarix eyni zamanda milli tariximizin ən şanlı, qəhrəmanlıq və azadlıq ruhunu əks etdirən səhifələrindən biri kimi dəyərləndirilir.

 

 

     

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov