| |
2026-cı ilin
aprel ayında keçiriləcək Avropa
Qızlar Riyaziyyat Olimpiadasında
(EGMO) Azərbaycanı təmsil edəcək
komandanın tərkibi müəyyənləşib.
Sevindirici haldır ki, həmin
komandanın üzvləri arasında
11-ci sinif şagirdimiz Zəhra
İbişova da yer alıb.
Qeyd edək ki, Zəhra İbişova JBMO
– Yeniyetmələrin Balkan
Riyaziyyat Olimpiadasında
Azərbaycan üzrə qızıl medal
qazanan ilk qız şagirddir.
Şagirdimizi bu böyük nailiyyət
münasibətilə təbrik edir,
beynəlxalq arenada ölkəmizi
layiqincə təmsil edəcəyinə
inanır, ona və komandamıza
uğurlar arzulayırıq!
|
|