internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Lisey şagirdlərimiz RFM müsabiqəsində 24 medal qazandı
10.02.2026

 
 
Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə respublika fənn müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Mərasimdə ölkə üzrə yüksək nəticə göstərən şagirdlərə diplom və medallar təqdim olunub.

Qürurverici haldır ki, liseyimizin şagirdləri müsabiqədə ümumilikdə 24 medal qazanaraq böyük uğura imza atıblar. Nəticələrə əsasən, liseyimiz 4 qızıl, 7 gümüş və 13 bürünc medal əldə edib.

Bu mühüm nailiyyət münasibətilə şagirdlərimizi və onları bu uğura aparan müəllimlərimizi təbrik edir, gələcək müsabiqə və olimpiadalarda daha böyük uğurlar arzulayırıq.

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov