| |
TDV Bakı Türk
Liseyində Nəsimi Rayon Polis
İdarəsinin təşkilatçılığı ilə
müəllimlər üçün narkomaniya və
kibercinayətkarlıq mövzusunda
maarifləndirici görüş keçirilib.
Tədbirdə çıxış Nəsimi Rayon
Polis İdarəsinin rəis müavini
Elçin Mirzəli narkomaniyanın
cəmiyyət, insan sağlamlığı və
ailə institutu üçün ciddi
təhlükə yaratdığını vurğulayıb,
gənclər arasında profilaktik
tədbirlərin vacibliyini qeyd
edib.
Görüşdə internetdə təhlükəsiz
davranış, onlayn dələduzluq və
kibercinayətlərdən qorunma
yolları barədə də məlumat
verilib, iştirakçıların sualları
cavablandırılıb.
|
|