| |
7–8 fevral
tarixlərində Rumıniyada
keçirilən 10-cu Info(1)Cup
proqramlaşdırma müsabiqəsinin
nəticələri açıqlanıb.
Nəticələrə əsasən, liseyimizin
10-cu sinif şagirdləri Ömər
Əliməmmədzadə gümüş, Atilla
Mustafa isə bürünc medal
qazanıblar.
16 ölkədən 189 şagirdin
proqramlaşdırma üzrə biliklərini
sınadığı müsabiqəyə
məktəblilərimiz Azərbaycan
Texniki Universitetinin
laboratoriyasından onlayn
qaydada qoşulublar.
Ümumilikdə, ölkəmizi təmsil edən
komandamız müsabiqədə 1 qızıl, 3
gümüş və 2 bürünc medal qazanıb.
Bu münasibətlə şagirdlərimizi
təbrik edir, onlara gələcək
fəaliyyətlərində yeni uğurlar
arzulayırıq.
|
|