internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Şagirdimiz Xocalı Kubokunda 2-ci yer qazandı
25.02.2026

 
 
20–22 fevral 2026-cı il tarixlərində Azərbaycan Kikboksinq Federasiyası və Xocalı İdman Klubu tərəfindən təşkil olunan “Xocalı Kuboku” kikboksinq yarışı keçirilib. Yarışda iştirak edən liseyimizin 6-cı sinif şagirdi Tuncay Vəliyev yüksək nəticə göstərərək 2-ci yerə layiq görülüb.

Məlumat üçün bildiririk ki, Tuncay 1–5-ci siniflərdə rus bölməsində təhsil alıb. Buna baxmayaraq, liseyə qəbul imtahanlarına hazırlaşaraq uğurla qəbul olunub. Cari tədris ilinin birinci yarımili üzrə bütün qiymətləri “5” olub, həm təqdirnamə, həm də fəxri fərmanla mükafatlandırılıb.

Şagirdimiz Tuncay Vəliyevi təbrik edir, ona təhsil və idman həyatında daha böyük uğurlar arzulayırıq!

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov