internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Şagirdlərimiz Azərbaycan Silahlı Qüvvələrinin Hərb Tarixi Muzeyinə ekskursiya ediblər
27.02.2026

 
 
26 fevral – Xocalı soyqırımının ildönümü ilə əlaqədar olaraq liseyimizin şagirdləri üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərb Tarixi Muzeyinə ekskursiya təşkil olunub.

Ekskursiya çərçivəsində şagirdlər muzeydə Xocalıya həsr olunmuş guşə ilə tanış olub, maket üzərində 1992-ci ilin 26 fevral gecəsində baş vermiş faciə haqqında ətraflı məlumat əldə ediblər. Onlara həmin hadisələrin tarixi əhəmiyyəti və nəticələri barədə məlumat verilib.

Bundan əlavə, şagirdlər muzeydə nümayiş olunan eksponatlar, müxtəlif dövrlərə aid hərbi texnikalar və silah nümunələri ilə yaxından tanış olub, Azərbaycan ordusunun keçdiyi inkişaf yolu barədə məlumatlandırılıblar.

Ekskursiyanın təşkilində fəal iştirakına görə hərbi hazırlıq müəllimimiz, 44 günlük Vətən müharibəsi qazisi İbrahim Orucəliyevə təşəkkürümüzü bildiririk.

 

   

   

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov