| |
27 fevral 2026-cı
il tarixində TDV Bakı Türk
Liseyinin şagirdləri Polis
Akademiyasında keçirilən “Açıq
qapı” tədbirində iştirak
ediblər.
Şagirdlər Akademiyanın tədris
korpusları və konfrans zalı ilə
tanış olublar. Onlara
kriminalistik təlim şəhərciyi və
“İnformasiya təhlükəsizliyi”
fakültəsinin laboratoriyası
göstərilib. Həmçinin təlim
mərkəzi, qapalı atıcılıq tiri və
yataqxana barədə məlumat
verilib.
Tədbir zamanı şagirdlərə
Akademiyada yaradılan təhsil
mühiti izah olunub. Qəbul
qaydaları və kursantların
maddi-sosial təminatları
haqqında məlumat təqdim edilib.
Şagirdlərin sualları
cavablandırılıb.
|
|