| |
TDV Bakı Türk
Liseyində 8 Mart – Beynəlxalq
Qadınlar Günü münasibətilə
9–10-cu sinif qız şagirdləri
arasında voleybol turniri
keçirilib.
2025–2026-cı tədris ili
çərçivəsində təşkil olunan
yarışın məqsədi şagirdlərin
idmana marağını artırmaq,
həmçinin bayram münasibətilə
onların asudə vaxtını səmərəli
və maraqlı keçirmələrinə şərait
yaratmaqdır.
Maraqlı və gərgin mübarizə
şəraitində keçən turnirdə 10 “B”
sinfinin şagirdləri I yerə, 10
“C” sinfinin şagirdləri II yerə,
10 “A” sinfinin qız şagirdləri
isə III yerə layiq görülüblər.
Turnirin nəticələrinə əsasən “Ən
yaxşı oyunçu” adına 10 “C” sinif
şagirdi, şəhid Camal İsmayılovun
qızı Əsmətxanım İsmayılzadə və
10-cu sinif şagirdi Afət
İsmayılova layiq görülüblər.
Sonda lisey müdiri tərəfindən
qaliblər təbrik olunub və onlara
gələcək yarışlarda uğurlar
arzulanıb.
|
|