| |
Elm və Təhsil
Nazirliyi və Təhsil İnstitutu
tərəfindən keçirilən Respublika
Fənn Olimpiadalarının (RFO)
respublika mərhələsinin
yarımfinal turunun nəticələri
açıqlanıb.
Nəticələrə əsasən liseyimizin 91
şagirdi növbəti – final turuna
vəsiqə qazanaraq lisey tarixində
yeni rekorda imza atıb.
Şagirdlər nəticələri
www.portal.edu.az saytındakı
şəxsi kabinetləri vasitəsilə və
ya təhsil aldıqları ümumtəhsil
müəssisələrindən öyrənə
bilərlər.
Olimpiadaların keçirilməsində
əsas məqsəd istedadlı
şagirdlərin aşkar edilməsi,
onlarda fənlərə olan marağın
artırılması və sağlam rəqabət
mühitində bilik və bacarıqlarını
nümayiş etdirmələrinə şərait
yaratmaqdır.
Final mərhələsinə vəsiqə qazanan
bütün şagirdlərimizi təbrik
edir, onlara növbəti mərhələdə
uğurlar arzulayırıq!
|
|