TDV Bakı Türk Liseyində şagirdlərdən
yaradıcı təşəbbüs
03.04.2026
TDV Bakı
Türk Liseyində
şagirdlərin iştirakı ilə
biologiya fənni üzrə
praktik məşğələ təşkil
olunub. Şagirdlər
təbiəti kiçik bir şüşə
qabın içində
canlandıraraq
terariumlar
hazırlayıblar.
Terarium – qapalı və ya
yarıqapalı şüşə qabda
bitkilərin
yetişdirildiyi mini
ekosistemdir.
Məşğələ zamanı şəffaf
qab seçilib, alt hissəyə
drenaj üçün daşlar
yerləşdirilib, üzərinə
kömür və münbit torpaq
qatı əlavə olunub. Daha
sonra kiçik bitkilər
əkilərək kompozisiyalar
dekorativ elementlərlə
tamamlanıb və uyğun
şəraitdə saxlanılıb.
Bu kimi praktik
fəaliyyətlər şagirdlərin
təbiətə marağını
artırır, ekoloji
düşüncənin və məsuliyyət
hissinin formalaşmasına
töhfə verir.