| |
TDV Bakı Türk
Liseyinin məzunu Selcan
Süleymanlı dünya reytinqində
birinci olan ali təhsil
müəssisəsinə qəbul olub. O,
ABŞ-ın nüfuzlu ali
məktəblərindən biri olan
Massachusetts Institute of
Technology (MIT) universitetinin
tələbəsi adını qazanıb.
Qeyd edək ki, MIT “QS World
University Rankings 2026”
reytinqinə əsasən dünyanın 1
nömrəli ali təhsil müəssisəsi
hesab olunur.
Məlumat üçün bildirək ki, Selcan
Süleymanlı məktəb illərində bir
sıra nüfuzlu olimpiadalarda
uğurlu nəticələr əldə edib:
Respublika Fənn Olimpiadaları:
2022 – bürünc medal
2023 – qızıl medal
2024 – qızıl medal
2025 – gümüş medal
Azərbaycan Astronomiya və
Astrofizika Olimpiadası:
2023 – bürünc medal
2024 – qızıl medal
(“birincilərin birincisi”)
Asiya Fizika Olimpiadası 2025 –
həvəsləndirici mükafat
Beynəlxalq Fizika Olimpiadası
2025 – bürünc medal (ilk
azərbaycanlı qız medalçı)
Məzunumuz beynəlxalq səviyyədə
qazandığı nailiyyətlərlə
ölkəmizi uğurla təmsil edərək
Azərbaycan təhsilinin adını bir
daha yüksəldib.
Qeyd edək ki, Selcan liseyimizin
MIT-ə qəbul olunan üçüncü
şagirdidir.
2023 – Dəniz Səttarlı
2024 – Sevinc Mahmudova
2025 – Selcan Süleymanlı
Məzunumuzu və TDV Bakı Türk
Liseyi ailəsini bu möhtəşəm uğur
münasibətilə səmimi-qəlbdən
təbrik edir, gələcək təhsil və
elmi fəaliyyətində daha böyük
nailiyyətlər arzulayırıq!
|
|