| |
Respublika Fənn
Olimpiadalarının (RFO) final
mərhələsinin coğrafiya fənni
üzrə nəticələri açıqlanıb.
Nəticələrə əsasən, liseyimizin
şagirdləri bu fənn üzrə 1 qızıl
və 1 bürünc medal qazanaraq
ümumilikdə 2 medal əldə ediblər.
Qeyd edək ki, bundan öncə
RFO-nun fizika fənni üzrə
şagirdlərimiz uğurla çıxış
edərək 6 medal qazanıblar.
Şagirdlərimizi qazandıqları
yüksək nəticələr münasibətilə
səmimi qəlbdən təbrik edir,
onların bu uğurunda böyük əməyi
olan fədakar müəllimlərimizə
dərin minnətdarlığımızı
bildiririk.
|
|