|
.: XƏBƏRLƏR :. |
|
| |
TDV Bakı Türk Liseyində 6, 7 və 8-ci
siniflər üzrə BSQ keçirilib
14.05.2026 |
|
| |
Bu gün Türkiyə
Dəyanət Vəqfi Bakı Türk
Liseyində tədris ilinin son
mərhələsi çərçivəsində 6, 7 və
8-ci sinif şagirdlərini əhatə
edən böyük summativ
qiymətləndirmə (BSQ) keçirilib.
Təhsil keyfiyyətinin monitorinqi
və şagirdlərin
bilik-bacarıqlarının obyektiv
qiymətləndirilməsi məqsədilə
təşkil olunan imtahan 3 saat
davam edib.
Qiymətləndirmənin əsas məqsədi
şagirdlərin il ərzində
qazandıqları akademik bilikləri
və formalaşdırdıqları
fənlərarası bacarıqları
yoxlamaq, onların tədris
proqramına uyğun inkişaf
səviyyəsini müəyyənləşdirmək,
həmçinin növbəti təhsil
mərhələsinə hazırlıq
göstəricilərini dəyərləndirmək
olub.
İmtahan zamanı Azərbaycan dili
və ədəbiyyatı, riyaziyyat,
ingilis dili, fizika, kimya,
biologiya, tarix və coğrafiya
fənləri üzrə test tapşırıqları
təqdim olunub.
Lisey rəhbərliyi və nəzarətçi
müəllimlər tərəfindən imtahan
prosesinə nəzarət edilib,
qiymətləndirmənin sakit və
intizamlı şəraitdə, yüksək
təşkilati səviyyədə keçirilməsi
təmin olunub.
Qiymətləndirmənin nəticələri ilə
bağlı ətraflı məlumatın yaxın
günlərdə təqdim ediləcəyi
bildirilib.
Lisey rəhbərliyi imtahanda
iştirak edən bütün şagirdlərə
uğurlar arzulayıb, həmçinin
qiymətləndirmənin təşkili və
keçirilməsində əməyi olan
müəllim və texniki heyətə
təşəkkürünü ifadə edib.
|
|
| |
Başa qalx |
|
|