| |
TDV Bakı Türk
Liseyinin rəhbərliyi dövlətin
təhsil siyasətini dəstəkləyərək
Birləşmiş Millətlər Təşkilatı
tərəfindən təşkil olunan
Ümumdünya Şəhərsalma Forumunun
13-cü sessiyası (WUF13)
keçirilən günlərdə V–XI siniflər
üzrə tədris prosesinin distant
(məsafədən) formada təşkil
edilməsi barədə qərar qəbul
edib.
Qərara əsasən, 18–22 may
tarixlərində dərslər onlayn
formatda keçiriləcək.
Müəllimlər əvvəlcədən təqdim
olunmuş təlimata uyğun olaraq
elektron sistemdə dərs
cədvəllərini tərtib edəcəklər.
Onlayn dərslərə qoşulmaq üçün
lazım olan məlumatlar platforma
vasitəsilə şagirdlərlə
paylaşılıb.
|
|