| |
BMT-nin Ümumdünya
Şəhərsalma Forumunun 13-cü
Sessiyası (WUF13) çərçivəsində
assambleyaların birgə açılış
sessiyası keçirilib.
Açılış mərasimində 44 günlük
Vətən müharibəsi qəhrəmanı,
şəhid Camal İsmayılovun qızı
Əsnad İsmayılova və şəhid
polkovnik-leytenant Anar
Əliyevin oğlu Əli Əlizadə
bayraqqaldırma mərasimində
iştirak ediblər.
Qeyd edək ki, Əsnad İsmayılova
TDV Bakı Türk Liseyinin 8-ci
sinif şagirdidir.
Əsnad İsmayılova açılış
mərasimində Azərbaycan bayrağını
qürurla təqdim etdi.
Bayraqların qaldırılması
mərasimi sessiyanın rəsmi
başlanğıcını simvolizə edir və
tədbirin yüksək beynəlxalq
əhəmiyyətini bir daha nümayiş
etdirir.
|
|