internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

VI Azərbaycan Astronomiya Olimpiadasından 5 medal
06.06.2026

 
 
Ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri və xüsusi istedadı ilə seçilən VIII sinif şagirdləri arasında keçirilən VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri müəyyənləşib.

Olimpiadada liseyimizin şagirdləri Ərtoğrul Məhərrəmli və Murad Xəlil gümüş medal, Riad Qənbərli, Mehdi Qasımlı və Nazlı Muradova isə bürünc medal qazanıblar. Beləliklə, liseyimiz yarışda ümumilikdə 5 medal əldə edib.

Final mərhələsinin qalibləri medal və hədiyyələrlə mükafatlandırılacaq, həmçinin bu il Vyetnamda keçiriləcək XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq proqramına cəlb olunacaqlar.

Şagirdlərimizi ürəkdən təbrik edir, onlara gələcək təhsil və olimpiada fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov