internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Lisey şagirdlərimiz “Tekro” Olimpiadasında I və III yer qazanıb
08.06.2026

 
 
Türkiyə-Azərbaycan Universitetində keçirilən “Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb.

TDV Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Xəzər Həsənli 47 balla I yeri, 10-cu sinif şagirdi Nihat Cəfərli 40 balla III yeri qazanıb.

Mükafatlandırma mərasimində Türkiyənin Azərbaycandakı səfiri professor Birol Akgün, Elm və Təhsil Nazirliyinin nümayəndələri, TAU rəhbərliyi və akademik heyət iştirak edib.

Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunan olimpiadada 9–11-ci sinif şagirdləri iştirak edib.

Tədbirin sonunda qaliblərə sertifikatlar və müxtəlif hədiyyələr təqdim olunub.

Şagirdlərimizi təbrik edir, onlara yeni uğurlar arzulayırıq!

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov