| |
Bakı Ali Neft
Məktəbinin (BANM) rektoru Elmar
Qasımov TDV Bakı Türk Liseyinin
şagirdləri ilə görüş keçirib.
Görüş zamanı liseyin müdiri
Kadir Bektaşoğlu məktəbin təhsil
fəaliyyəti, əldə olunan
nailiyyətlər və həyata keçirilən
yeniliklər barədə məlumat verib.
Daha sonra rektor Elmar Qasımov
BANM-də yaradılmış müasir təhsil
mühiti, ixtisas seçimləri,
tələbə həyatı və universitetin
təqdim etdiyi imkanlardan bəhs
edib.
Şagirdlərlə interaktiv formatda
təşkil olunan görüşdə onların
ali təhsil, karyera planlaması
və ixtisas seçimi ilə bağlı
sualları cavablandırılıb. Eyni
zamanda, lisey məzunlarının Bakı
Ali Neft Məktəbinə artan
marağından söz açılıb.
Qeyd edilib ki, ötən tədris
ilində TDV Bakı Türk Liseyinin
13 məzunu BANM-ə qəbul olaraq
tələbə adını qazanıb.
Görüşdə liseyin məzunları da
iştirak ediblər. BANM-in Kimya
mühəndisliyi ixtisasında təhsil
alan Prezident təqaüdçüsü Ziya
Alızadə və Kompüter mühəndisliyi
ixtisasının tələbəsi Xaliq
Cabbarlı öz tələbəlik
təcrübələrini, universitet
həyatını və qazandıqları
uğurları şagirdlərlə bölüşüblər.
Səmimi və maraqlı müzakirələrlə
yadda qalan görüş şagirdlərin
böyük marağı ilə qarşılanıb,
onların gələcək təhsil seçimləri
ilə bağlı faydalı fikir
mübadiləsinə şərait yaradıb.
|
|