| |
12-16 iyun
tarixlərində İsveçdə şagirdlər
arasında Avropa Fizika
Olimpiadası (EuPhO) təşkil
edilib.
Olimpiadada liseyimizin XI sinif
şagirdi Murad Xəlil bürünc
medala layiq görülüb.
Ümumilikdə isə ölkəmizi təmsil
edən komanda müsabiqədə 4 bürünc
medal qazanıb.
Məlumat üçün bildirək ki,
2018-ci ildən keçirilən Avropa
Fizika Olimpiadası Avropanın ən
nüfuzlu fizika müsabiqələrindən
biri hesab olunur. Bu il yarışda
41 ölkədən 200 şagird iştirak
edib.
Şagirdimizi əldə etdiyi uğur
münasibətilə təbrik edir, ona
gələcək yarışlarda yeni
nailiyyətlər arzulayırıq.
|
|