| |
Rəşid Behbudov
adına Azərbaycan Dövlət Mahnı
Teatrında məktəblilər üçün
“Səslərimiz birləşsin” adlı I
Xor Festivalı keçirilib.
Festivalda iştirak edən TDV Bakı
Türk Liseyinin şagirdləri "Mən
Azərbaycanlıyam" mahnısını ifa
edərək tamaşaçıların alqışları
ilə qarşılanıblar.
Layihədə Bakı şəhəri, Abşeron
rayonu, Şirvan, Quba, Astara və
Füzuli rayonlarını təmsil edən
51 məktəb kollektivi, ümumilikdə
1066 şagird və müəllim iştirak
edib.
Festivalın əsas məqsədi
şagirdlər arasında xor
mədəniyyətinin inkişaf
etdirilməsi, milli musiqi
dəyərlərinin təbliği, kollektiv
ifa bacarıqlarının
formalaşdırılması və musiqiyə
olan marağın artırılmasıdır.
Festival Elm və Təhsil
Nazirliyinin təşkilatçılığı ilə
keçirilib.
|
|