| |
Türkiyə Dəyanət
Vəqfi Bakı Türk Liseyində yeni
2026–2027-ci tədris ilinə
hazırlıq işlərinə start verilib.
Hər il olduğu kimi, yay tətili
dövründə liseyin maddi-texniki
bazasının yenilənməsi və
şagirdlərin daha keyfiyyətli və
inkişaf mühitində təhsil
almaları istiqamətində müxtəlif
işlər həyata keçirilir.
Bu çərçivədə liseyin futbol
meydançası tamamilə yenilənərək
müasir standartlara uyğun yeni
ot örtüyü ilə əvəzlənib.
Yenilənmiş idman meydançası
şagirdlərin həm fiziki tərbiyə
dərslərini, həm də müxtəlif
idman yarışları və məşqləri daha
rahat və təhlükəsiz şəraitdə
keçirməsinə imkan yaradacaq.
TDV Bakı Türk Liseyinin
rəhbərliyi şagirdlərin akademik
uğurları ilə yanaşı, onların
fiziki inkişafına və sağlam
həyat tərzinin
formalaşdırılmasına da xüsusi
önəm verir. Həyata keçirilən
yeniliklər liseydə müasir,
təhlükəsiz və motivasiyaedici
təhsil mühitinin yaradılması
istiqamətində görülən işlərin
davamıdır.
Yeni tədris ilində
şagirdlərimizi daha müasir və
daha komfortlu idman
meydançasında görməkdən
məmnunluq duyacağıq!
|
|