| |
4-12 iyul
tarixlərində Kolumbiyanın
Bukaramanqa şəhərində Beynəlxalq
Fizika Olimpiadası (IPhO 2026)
keçirilib.
Olimpiadada liseyimizin XI sinif
şagirdi Murad Xəlil gümüş medala
layiq görülüb.
Qeyd edək ki, Murad bundan əvvəl
Beynəlxalq Elmi Fizika
Olimpiadasından gümüş, Avropa
Fizika Olimpiadasından isə
bürünc medal qazanıb.
Ölkəmizi təmsil edən komanda
IPhO 2026-da son 20 ilin ən
yüksək nəticəsinə imza ataraq 3
gümüş və 2 bürünc medal qazanıb.
Şagirdimizi əldə etdiyi uğur
münasibətilə təbrik edir, ona
gələcək yarışlarda yeni
nailiyyətlər arzulayırıq.
|
|