internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Türkiyənin müdafiə nazirinin müavini TDV Bakı Türk Liseyini ziyarət edib
30.09.2026

 
 
Türkiyənin müdafiə nazirinin müavini Bilal Durdalı TDV Bakı Türk Liseyini ziyarət edib.

Görüş çərçivəsində Bilal Durdalıya liseyin fəaliyyəti, tədris prosesi və nailiyyətləri barədə məlumat verilib. Liseyin müdiri Kadir Bektaşoğlu görülən işlər və şagirdlərin uğurlarından danışıb.

Türkiyənin müdafiə nazirinin müavini Bilal Durdalı liseydə təhsil alan şəhid övladları ilə görüşərək onların təhsili və gələcək planları ilə maraqlanıb.

Təhsil müşaviri Yurdagül Aydoğan isə şəhid övladlarının keyfiyyətli təhsil almasının əhəmiyyətini vurğulayaraq, dövlətə və Vətənə sədaqətin yaxşı təhsildən keçdiyini bildirib.

Görüşdə liseyin müəllimləri ilə yanaşı, 44 günlük Vətən müharibəsində iştirak etmiş və hazırda məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışan qazi İbrahim Orucəliyev də iştirak edib.

Səmimi şəraitdə keçən görüşdə təhsil, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və şagirdlərin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov