internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

“Azercell CUP 2026” proqramlaşdırma müsabiqəsindən 4 medal
02.11.2026

 
 
Sentyabrın 27-də Təhsil İnstitutu və “Azercell Telekom” MMC-nin təşkilatçılığı ilə “Azercell Cup” müsabiqəsinin final mərhələsi keçirilib.

Final mərhələsində TDV Bakı Türk Liseyinin şagirdləri uğurla çıxış edərək 3 gümüş və 1 bürünc medal olmaqla ümumilikdə 4 medal qazanıblar.

Müsabiqənin final mərhələsində iştirakçıların hazırladığı proqram kodları yoxlanılıb və nəticələrə əsasən qaliblər müəyyənləşdirilib.

Qeyd edək ki, müsabiqə informatika fənni üzrə növbəti illərdə beynəlxalq olimpiadalara hazırlaşacaq şagirdlərin hazırlıq dərslərinə seçilməsi məqsədilə təşkil olunub.

Uğur qazanan şagirdlərimizi təbrik edir, onlara gələcək bilik yarışlarında daha böyük nailiyyətlər arzulayırıq!

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov