Ana səhifəSeçilmişlərə əlavə etBizə yazın
Azəbaycan dilində Türkce
 
 
  •                

MENYU

Xəbərlər
Litsey haqqında
Müdirdən
Müdiriyyət
Kollektivimiz
Nailiyyətlər
Dərs cədvəli
Fərqlənənlər
Göstəricilər
Məzunlar birliyi
Litsey müdirlərimiz
Xaricdə təhsil almış məzunlarımız
Foto albom

Əlaqə
 

fOTO ALBOM

 
 
 
 
 
 
 
 

 

AXTARIŞ SİSTEMİ

PREZİDENT TƏQAÜDÇÜLƏRİMİZ

FAYDALI LİNKLƏR

Təhsil Nazirliyi
Diyanət Vəqfi
ÖSYM
TQDK
Azərbaycan müəllimi
Ali məktəblər
Abituriyent jurnalı
H.Əliyev Kitabxanası
Atatürk Araşdırma Məkrəzi
 
   
 
   
 

TDV BTL 2011-Cİ İL MƏZUNİYYƏT NƏTİCƏLƏRİ

2011-Cİ İLDƏ QIZIL MEDALA LAYİQ GÖRÜLMÜŞ MƏZUNLARIMIZ

2011-Cİ İL MƏZUNLARIMIZIN XARİCİ ÖLKƏDƏKİ UNİVERSİTETLƏRƏ QƏBUL NƏTİCƏLƏRİ

2011-Cİ TƏDRİS İLİNDƏ 600-DƏN ÇOX BAL TOPLAYAN MƏZUNLAR

2011-Cİ TƏDRİS İLİNDƏ 500-DƏN ÇOX BAL TOPLAYAN MƏZUNLAR

2011-Cİ İLDƏ PREZİDENT TƏQAÜDÜNƏ LAYİQ GÖRÜLMÜŞ MƏZUNLARIMIZ

TÜRK LİSEYLƏRİNİN 2011-Cİ İL GÖSTƏRİCİLƏRİ

ABİTURİYENTLƏRİN SAYINA NƏZƏRƏN YÜKSƏN BALL FAİZİ DAHA ÇOX OLAN TƏHSİL MÜƏSSİSƏLƏRİ
(2011-Cİ İL MƏZUNLARI) 

2011-Cİ İL RESPUBLİKA ÜZRƏ İXTİSAS FƏNLƏRİ KATEQRİYASI

MƏZUNİYYƏT İLLƏRİNƏ GÖRƏ TƏLƏBƏ QƏBULUNUN NƏTİCƏLƏRİNİN ELMİ-STATİSTİK TƏHLİLLƏRİ TDV BAKI TÜRK LİSEYİNİN GÖSTƏRİCİLƏRİ

2011-Cİ İLİN LİSEYİN  QƏBUL İMTAHANIN SUALLARI

TÜRKİYƏNİN SƏFİRİ VƏ BDU-NUN REKTORU LİSEYİMİZİ ZİYARƏT ETDİ
TƏHSİL NAZİRİ LİTSEYİ ZİYARƏT ETDİ

TDV-BTL-nin müdiri Kadir Bektaşoğlu İçtimai televiziyanın  
"A
çıq dərs" porqramında

TDV Bakı Türk Liseyi TRT Avaz kanalında

   
  ..: LİSEY XƏBƏRLƏRİ :..
 

 

 
 

HƏMRƏYLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ BAKI ŞƏHƏRİ VƏ RESPUBLİKA ÜZRƏ BİLİK YARIŞININ NƏTİCƏLƏRİ

 
 

2011/2012 tədris ili

 

 
 

 
 

 
 


Siyahıya bax

 
 

2011/2012 tədris ili

 

2011-ci il məzunlarımızın universitetlərə qəbul nəticələri

 

 

2011-ci tədris ilində 600-dən çox bal toplayan məzunlarımız

 
 

 

TDV Bakı Türk Liseyinin 2 məzunu Nəriman Məmmədli I qrup və Aydan Həsənənova IV qrup üzrə 700 balla
Respublika birincisi oldular

 

 

2009/2010 tədris ili

 

 

Fəridə Musayevanın imtahan nəticələri haqqında məlumat

 
 

 
 

 
 

TDV BAKI TÜRK LİSEYİNİN MƏZUNLARININ ALİ MƏKTƏBLƏRƏ QƏBUL NƏTİCƏLƏRİ

2009-2010-cu  tədris ilində Liseyin 64 nəfər şagirdi məzun olmuşdur. Onlardan 6 nəfəri fərqlənmə attestatı almışdır. Qəbul imtahanında 29 məzunumuz (48%) 600-dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olmuşdur. 64 məzunumuzun hamısı ali məktəblərə daxil olmuş və 100% nəticə əldə etmişdilər. 9 nəfər III qrup məzunlarımızndan 5-i, 13 nəfər IV qrup məzunlarımızdan 9-u, 23 nəfər II qrup məzunlarımızdan 11-i, 11 nəfər I qrup məzunlarımızdan 4-ü 600-dən çox bal toplamışlar. 13 nəfər IV qrup məzunumuzdan 11 nəfəri Tibb universitetinin “Müalicə işi” fakültəsinə daxil olmuşdur. I qrup məzunumuz Nərman Məmmədli və  IV qrup məzunumuz Aydan Həsənova 700 maksimum balla Respublika birincisi olmuşlar. 3 məzunumuz Prezident təqaüdçüsü adına layiq görülüb. Məzunlarımızdan 14 nəfəri xarici ölkə universitetlərinə qəbul olmuşlar.

 
 

TDV Bakı Türk Liseyinin məzunları yüksək nəticələrə
imza atdılar

 

Bu ilki məzunlarların biri isə 700 bal toplamaqla III qrup üzrə ölkə birincisi oldu

Məlumatı yüklə

Respublika qəzeti

 
 

«BIZ ƏN ZƏKALILARINI SEÇIRIK»
10.08.2010 

Kadir Bektaşoğlu: «Müəllimlər şagirdlərin savadlı olması üçün inanılmaz fədakarlıq edirlər»

Son illər Azərbaycanın təhsil sistemində bir sıra yeniliklər tətbiq olunsa da, hələ ki, bu sahədə istədiyimiz naliyyəti əldə edə bilməmişik. Heç kəsə sirr deyil ki, bu gün orta məktəbi bitirən məzunun repetitor hazırlığı görmədən, orta məktəbdə ona verilən biliklə ali məktəbə daxil olması müşkül məsələdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatları da təsdiqləyir ki, yüksək nəticə göstərərək ali məktəblərə qəbul olanların çoxu lisey və xüsusi təhsil müəssisələrinin məzunlarıdır.

davamı

Mərkəz

 
 

TÜRKİYƏ DİYANƏT VƏQFİ BAKI TÜRK LİSEYİNİN MƏZUNU
700 BAL TOPLADI

20.07.2010 

Aydan Həsənova IV ixtisas qrupu üzrə ölkə birincisi olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) IV ixtisas qrupu üzrə keçirilmiş imtahanın nəticələrini açıqlayıb. Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Aydan Həsənova 700 bal toplayaraq, bu ixtisas qrupu yüksək nəticə göstərib.

Liseyin müdiri Kadir Bektaşoğlunun Lent.az-a verdiyi məlumata görə, IV ixtisas qrupu üzrə imtahan vermiş 13 lisey məzunundan 9 nəfəri (69 faiz) 600-dən çox bal toplayıb. Bu nəticələr ölkə üzrə yeni rekord müəyyən edib.

I, III, IV ixtisas qrupları üzrə imtahan vermiş 37 lisey məzunundan 18 nəfər (49 faiz) 600-dən çox bal toplayıb, bütün məzunlar ali məktəbə qəbul olmaq üçün zəruri nəticəni əldə ediblər. Kadir Bektaşoğlu deyib ki, iyulun 23-də II ixtisas qrupu üzrə imtahan olacaq. Bu imtahanda liseyin 23 məzunu iştirak edəcək. Onların 15 nəfərinin 600-dən çox bal toplayacağı gözlənilir. Qeyd edək ki, bu il liseyin iki məzunu, I və IV ixtisas qrupu üzrə imtahan vermiş Nəriman Məmmədli və Aydan Həsənova 700 bal toplayaraq, Azərbaycan tarixində yeni rekord nəticəyə imza atıblar.

Lent.Az

 
 

ONLAR ALİ MƏKTƏBLƏRƏ BUİLKİ QƏBUL İMTAHANLARINDA 700 BAL TOPLAYIBLAR
20.08.2010 

Artıq dördüncü ildir ki, ali məktəblərə qəbul imtahanlarında ən yüksək- 700 bal zirvəsi fəth olunur. Bu il isə estafeti İsmayıl Kazımov, Nəriman Məmmədli, Esmira Baxşəliyeva, İlkin Məsimov, Aygül Tanrıverdiyeva, Günel Abdullayeva və Aydan Həsənova davam etdirmişlər. Tələbə adını qazanmış bu yeddi gənc 700 ballıq nəticə ilə imtahan verdikləri qrupların və bütövlükdə builki abituriyentlərin liderlərinə çevrilmişlər.

davamı

Azərbaycan müəllimi

 
 

700 BAL TOPLAYAN ABİTURİYENT YATAQXANADA YAŞAYIR
29.07.2010 

Aydan Həsənova: “Ən böyük arzum ev almaqdır”

Ali məktəblərə yenicə başa çatan qəbul imtahanlarında 7 abituriyent test kitabçasındakı 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Ali məktəblərə 4-cü ixtisas qrupu üzrə isə 3 abituriyent 700 bal yığıb. İmtahanda yüksək nəticə göstərən Aydan Həsənova da tələbə adını qazanmağın sevincini yaşayır. İmtahanda uğur əldə etmək hər bir abituriyentin arzusudur. Ancaq bu nailiyyət heç də asan qazanılmır.

davamı

Müsavat qəzeti

 
 

700 ZİRVƏSİNİN 7 FATİHİ
29.07.2010 

Ali məktəblərə qəbul imtahanlarında ilk dəfə 700 bal (6 nəfər) 2008-ci ildə toplanılıb. Ötən ilki imtahanlarda isə 2 nəfər 700 bal toplaya bilmişdi. Bu il isə rekordçuların sayı 7 nəfərdir.

Onlar yeddi nəfərdir və hazırda tələbə adını qazanmaq üçün hər kəsin həsəd aparacağı ən yüksək göstəricini əldə ediblər. Bəziləri hələ imtahandan əvvəl bu uğuru əldə edəcəyinə tam əmin olub, bəziləri isə hər cür hazırlığa rəğmən yenə bir balaca həyəcan hissi keçirib. İlkin Məsimov, Aydan Həsənova, Esmira Baxşəliyeva, Nəriman Məmmədli, Aygül Tanrıverdiyeva (hamısı Bakı), Günel Abdullayeva (Şəki), İsmayıl Kazımov (Mingəçevir) bu gün ölkəmizin ən populyar, örnək göstərilən gəncləridir. Biz də 110 minə yaxın abituriyentin iştirak etdiyi bilik yarışında ən yüksəl bal  toplayan bu gənclərlə həmsöhbət olduq.

davamı

Zaman qəzeti

 
 

UĞURA APARAN YOLUN TƏK GƏRÇƏKLİYİ – OXUMAQDIR
23.07.2010 

Aydan Həsənova: “Ən böyük arzum cərrah olub xalqıma layiqli xidmət göstərməkdir”

Məlum olduğu kimi, ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanında üç abituriyent yüksək nətiçə göstərib. Onlardan biri Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Aydan Həsənovadır. O iyulun 17-də IV ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanında 700 bal toplayaraq ölkə birincisi olub. Sual kitabçasındakı 125 sualın hamısını düzgün cavablandıran Aydanı redaksiyamıza dəvət edib uğuru ilə bağlı söhbətləşdik.

davamı

Üç nöqtə qəzeti

 
 

TÜRKİYƏ DİYANƏT VƏQFİ BAKI TÜRK LİSEYİNİN MƏZUNU AYDAN HƏSƏNOVA 700 BAL TOPLAYIB
21.07.2010 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun www.ict.az portalının administratoru Sevinc Həsənovanın qız övladı, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Aydan Həsənova iyulun 17-də IV ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanında 700 bal toplayıb.

Sual kitabçasındakı 125 sualın hamısını düzgün cavablandıran Aydan bu cür yüksək göstəriciyə nail olmaqda müəllimlərinin əməyini qeyd edib. “İmtahanda yüksək bilik nümayiş etdirərək uğur qazanacağıma əmin idim. Sevinirəm ki, həm valideynimin, həm də müəllimlərimin etimadını doğrultdum”.

Azərbaycan Dövlət Tibb Universitetinin “Müalicə işi” fakültəsində ali təhsil almaq istəyən Aydanın ən böyük arzusu cərrah olmaq və xalqına layiqli xidmət göstərməkdir. AMEA İnformasiya Texnologiyaları İnstitutunun kollektivi Aydanı təbrik edir, ona peşəkar həkim kimi yetişməsini, gələcəkdə tibb sahəsində böyük uğurlara imza atmasını arzulayır.

AMEA İnformasiya Texnologiyaları İnstitutu

 
 
Başa qalx Başa qalx