internetdə

saytda

XƏBƏRLƏR | LİSEY HAQQINDA | MÜDİRDƏN | NALİYYƏTLƏR | GÖSTƏRİCİLƏR | ƏLAQƏ
.: MÜDİRDƏN :.  
 

1994-cü ildən davam edən təhsil fəaliyyəti müddətində fədakarlıq göstərərək yardımlarını bizdən əsirgəməyən Türkiyə Diyanət Vəqfinin rəhbərliyinə, Elm və Təhsil Nazirliyinə, fəaliyyət göstərməyimiz üçün şərait yaradan dövlət rəsmilərinə müəllim, valideyn və şagirdlərimizin adından dərin hörmətimizi və minnətdarlığımızı bildiririk.

Liseyimizin əsas açılış məqsədi iki qardaş ölkənin dostluq təməllərinin möhkəmləndirən, yüksək bilik, mədəniyyət və əxlaq anlayışının mənimsəyən, vətənə, millətə və bayrağına sahib çıxan, dövlətinə xidmət etmək üçün bütün bilik və bacarığını sərf edən, Türk dünyasına və bütün dünyaya sülh, əmin-amanlıq gətirmək üçün əlindən gələnəi əsirgəməyən, xalqın qarşısında məsuliyyət hiss edən, özünə tam inan, Azərbaycan Dövlətinin mənafeyini qoruyan, milli hədəflərə sadiq, müasir biliklərə yiyələnmiş, çalışqan, fədakar, əxlaqi gənc nəsillər yetişdirməkdir.

Bir millətin və dövlətin ən böyük sərvəti milli-mənəvi və tarixi dəyərlərinə sahib çıxan gənc nəsillərdir.

Dilini, tarixini bilməyən və sahib çıxmayan millətlər gələcəyi təmin edə bilməzlər.

Bizi gələcək əsrlərdə yenə biz olaraq təmil edə biləcək gənc nəsillərə ehtiyacımız var.


Doğma dilim, sən ki varsan dünyada!
“Mən də varam” söyləməyə haqlıyam.
Anam! Ana dilim! Ana Vətənim!
Mən bütün qəlbimlə sizə bağlıyam!


Azərbaycanın parlaq gələcəyinə ürəkdən inanan vətənpərvər və əxlaqlı gənclər yetişdirmək üçün fəakarlıq edən müəllimlərimizə və bizlərə dəstək olan əziz insanlara təşəkkür edirəm.

Kadir Bektaşoğlu
müdir

 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov